. Love.az

Lorenso Giberti - Wikipedia - Love.az

Ana Səhifə - Lorenso Giberti

Lorenso Giberti (1378[1][2][…], Florensiya – 1 dekabr 1455[3], Florensiya[4]) – italyan heykəltaraş və zərgər.

Lorenso Giberti
it. Lorenzo Ghiberti
Doğum adı Lorenzo Ghiberti
Doğum tarixi 1378[1][2][…]
Doğum yeri
  • Florensiya, Florensiya Respublikası
Vəfat tarixi 1 dekabr 1455[3]
Vəfat yeri
  • Florensiya, Florensiya Respublikası[4]
Dəfn yeri
  • Santa Korçe Bazilikası
Fəaliyyəti heykəltaraş, memar, rəssam, yazıçı, sənətşünas
Janr heykəltaraşlıq
Tanınmış işləri
  • Cənnət qapısı (Giberti),
  • bilinmir
Tələbələri Donatello, Mikeloçço[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zərgərliyi atalığı Bartolo di Mikeledən öyrənib. Yaradıcılığı Florensiyadan başqa Venesiya, Siena və Roma ilə də bağlı olub. Antik incəsənətin təsirilə, mənsub olduğu beynəlmiləl qotika ənənəsini dəf edərək, intibah mədəniyyətinin banilərindən birinə çevrilib.

Antik heykəltaraşlıq nümunələrinə əsaslanmış, monumental heykəltaraşlığın bürüncdən tökmə texnikasını dirçəltmiş və təkmilləşdirmişdir. Donatello ilə paralel olaraq yastılanmış relyef üsulunu işləyib hazırlamışdır.

1401–1402-ci illərdə Florensiya kilsəsinin baptisterisinin ikinci (şimal) qapılarının tərtibatı üzrə keçirilən müsabiqə üçün "İbrahimin qurban kəsməsi" bürünc relyefini hazırlamış, Filippo Brunelleski ilə bərabər qalib olmuşdur.

Ömrünün sonlarında incəsənət tarixinin antik dövrdən öz dövrünə qədər ilk şərhini, öz avtobioqrafiyasını, perspektiv, optika, anatomiya və s. haqqında elmi sübutları əhatə edən "Şərhlər" traktatını yaratmışdır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Lorenzo Ghiberti // RKDartists (nid.).
  2. ↑ 1 2 Lorenzo Ghiberti.
  3. ↑ 1 2 RKDartists (nid.).
  4. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118539086 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lorenso_Giberti&oldid=7173038"
LOVE.AZ