. Love.az

Lotka Qanunu - Wikipedia - Love.az

Ana Səhifə - Lotka Qanunu

Lotka qanunu (ing. Lotka’s law) — 1926-cı ildə ABŞ riyaziyyatçısı, fiziki kimyaçısı Alfred Lotka tərəfindən təklif edilmişdir. Lotka öz işində 2 verilənlər bazasından istifadə etmişdir, 1907–1916-cı illərdə çap olunmuş "Chemical Abstracts" jurnalında kimya sahəsinə aid olan məqalələr (yalnız soyadı A və B hərfi ilə başlayan müəlliflər); "Auerbach’s Geschichtstafeln der Physik" jurnalında fizika sahəsinə aid olan məqalələr analiz olunmuşdur.

Elmi məhsuldarlığın Lotka qanunu ixtiyari elm sahəsində məqalələrin çap edilmə tezliyini öyrənir. X {\displaystyle X} {\displaystyle X} sayda məqaləsi olan alimlərin sayı ( Y {\displaystyle Y} {\displaystyle Y}) 1 məqaləsi olan alimlərin sayının ( C {\displaystyle C} {\displaystyle C}) 1 / X n {\displaystyle 1/X^{n}} {\displaystyle 1/X^{n}} hissəsinə təxminən bərabərdir (n≈2):
Y = C X n ; {\displaystyle Y={\frac {C}{X^{n}}};} {\displaystyle Y={\frac {C}{X^{n}}};}
Misal üçün, əgər elmin bir sahəsəində əsərlərinin sayı 1-ə bərabər olan alimlərin sayı 100 olarsa, onda əsərlərinin sayı 2 olan alimlərin sayı 25, 3 məqaləsi olan alimlərin sayı 11, 4 məqaləsi olan alimlərin sayı 6 və s. olacaqdır. Nəhayət, 10 məqalə çap etdirən yalnız 1 alim olacaqdır.

Həmçinin bax

redaktə
  • Bibliometriya

Ədəbiyyat

redaktə
  • Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lotka_qanunu&oldid=7591168"
LOVE.AZ