Love Berry (ラブベリー, Rabu Berii?) – Tokuma Shoten nəşriyyatı tərəfindən Tokioda nəşr olunan Yaponiya dəb jurnalı.[3] Jurnal yeniyetməliyə yenicə daxil olmuş və ya yeniyetməliyin orta yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Jurnal üçün işləyən modellər "LoveBerrina" adlandırılır. Jurnal çox vaxt qısaca LB kimi tanınır.
Love Berry | |
---|---|
![]() | |
Növ | dəb |
Dövrilik | aylıq (2001-2012), iki aylıq (2016-cı ildən)[1][2] |
Nəşriyyat | Tokuma Shoten |
Təsis tarixi | 2001 |
İlk buraxılışı | 1 dekabr 2001 |
Ölkə |
![]() |
Qərargah | Tokio |
Dil | yapon |
lbweb.jp |
"Love Berry" jurnalının ilk buraxılışı 1 dekabr 2001-ci ildə işıq üzü görmüşdür[3] və aylıq olaraq Tokioda yayımlanırdı. 5 dekabr 2011-ci ildə rəsmi saytda jurnalın artıq nəşr olunmayacağı açıqlanmışdır.[4][5] Jurnalın son buraxılışı 1 fevral 2012-ci ildə nəşr olunmuşdur. 25 dekabr 2015-ci ildə yenidən yayımlanmağa başlamışdır.[6][7]