. Love.az

Lyu Syaobo - Wikipedia - Love.az

Ana Səhifə - Lyu Syaobo

Lyu Syaobo (Sadə Çin dilində: 刘晓波; Ənənəvi Çin dilində: 劉曉波; 28 dekabr 1955[1][2][…], Çanqçun[4] – 13 iyul 2017[3][1][…], Çin Tibb Universiteti hospitalı[d], Şenyan) — Çinli intellektual və insan haqları müdafiəçisi. 2010-cu ildə Nobel Sülh mükafatına layiq görülmüşdür.

Lyu Syaobo
çin. 刘晓波
Doğum tarixi 28 dekabr 1955(1955-12-28)[1][2][…]
Doğum yeri
  • Çanqçun, Qirin[d], Çin[4]
Vəfat tarixi 13 iyul 2017(2017-07-13)[3][1][…] (61 yaşında)
Vəfat yeri
  • Çin Tibb Universiteti hospitalı[d], Şenyan
Vəfat səbəbi xərçəng xəstəliyi[5]
Dəfn tarixi 15 iyul 2017
Uşağı 1
Fəaliyyəti şair, yazıçı, insan hüquqları fəalı, ədəbi tənqidçi
Mükafatları "Nobel" sülh mükafatı — 2010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Lyu Syaobo, Çində demokratiya, insan haqları müdafiəçilərinin qabaqcıllarından biridir. Müxalif düşüncələri və fəaliyyətləri səbəbilə bir neçə dəfə həbs olunub. ABŞda olmasına baxmayaraq 1989-cu ildə ölkəsinə qayıtmış, 1989-cu il Tyananmen meydanı hadisələrinə də qoşulmuşdu. Müstəqil Çin PEN Mərkəzinə 2003-cü ildən bəri başçılıq edən Lyu Syaobo 8 dekabr 2008-ci il tarixində 303 çinli intellektualla birlikdə imzaladığı Çinin demokratikləşməsini təklif edən 08 sazişi səbəbilə nəzarətə alınmış, 23 iyun 2009-cu il tarixində də 11 illik həbs cəzası almışdır. Lyu Syaobo Nobel Sülh mükafatını həbsxanada ikən qazanmışdır.

Nobel Komitəsi tərəfindən 2010-cu ilin Nobel Sülh mükafatına layiq görülən Syaobonun bu mükafatı almasının səbəbi, "Çindəki təməl insan haqları uğrunda icra etdiyi şiddət əleyhdarı və uzun nəfəsli mübarizəsi" olaraq izah edilmişdir.

Syaobo 13 iyul 2017-ci ildə 61 yaşında Şenyan şəhər xəstəxanasında qaraciyər xərçəngindən vəfat edib.

Xarici keçidlər

redaktə
  • Nobel Sülh Mükafatına Arxivləşdirilib 2011-11-11 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Ray M. Liu Xiaobo // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 Xiao bo Liu // Babelio (fr.). 2007.
  3. ↑ 1 2 China's Nobel Peace Prize winning dissident Liu Xiaobo dies.
  4. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #122197097 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. ↑ (2017-7-13)刘晓波经抢救无效死亡_中国医科大学附属第一医院.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lyu_Syaobo&oldid=7844127"
LOVE.AZ