. Love.az

Mohsun Hestrudi - Wikipedia - Love.az

Ana Səhifə - Mohsun Hestrudi

Möhsün Həştrudi (13 dekabr 1908, Təbriz – 4 sentyabr 1976, Tehran) — azərbaycanlı şair, alim, riyaziyyatçı.

Möhsün Həştrudi
Möhsün Şeyx İsmayıl oğlu Həştrudi
Doğum tarixi 13 dekabr 1908(1908-12-13)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 4 sentyabr 1976(1976-09-04) (67 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Dəfn yeri
  • Behişti-Zəhra
İş yerləri
  • Tehran Universiteti,
  • Təbriz Universiteti
Təhsili
  • Sorbonne Paris Universiteti
Elmi rəhbəri Elie Kartan[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Fəaliyyəti
  • 3 Ailəsi
  • 4 Ölümü
  • 5 Xatirəsi
  • 6 Həmçinin bax
  • 7 Xarici keçidlər
  • 8 İstinadlar

Həyatı və təhsili

redaktə

Həştrudi Möhsün İsmayıl oğlu 1907-ci il dekabrın 13-ü Təbriz şəhərində anadan olub. Orta təhsilinə Təbrizdə başlayır. Sonradan isə Tehrana köçərək burda məşhur Darülfünun məktəbində oxuyaraq 1925-ci ildə həmin məktəbi bitirir. 1936-cı ildə Sarbonna Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq müdafiəsi Difernsial Həndəsə mövzusuna həsr olunub.[2]

Fəaliyyəti

redaktə

Doktorluq dərəcəsini aldıqdan sonra İrana geri dönür. Təbriz və Tehran universitetlərində fəaliyyət göstərir. Bütün fəaliyyəti ərzində daima beynəlxalq elmi assosiasiyalar ilə əlaqə saxlamışdır. Bir müddət Harvard universitetində mühazirələr verib.

Ailəsi

redaktə

Atası Şeyx İsmayıl Şeyx Məhəmməd Xiyabaninin məsləhətçisi olmuşdur.

Rübab adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdə Frenk, Fariba və Ramin adlı övladları dünyaya gəlmişdir.

Ölümü

redaktə

Möhsün Həştrudi 1976-cı il sentyabrın 4-də 68 yaşında ürək tutmasından vəfat edib. O, Tehranın "Beheşt Zəhra" qəbiristanlığında 824 nömrəli məzarda dəfn olunub.

Xatirəsi

redaktə
 
Möhsün Həştrudinin Təbrizdəki heykəli.

Professor Möhsün Həştrudinin xatirəsinə Həştrud şəhərinin girişində, 2018-ci ilin fevral ayında isə Təbrizin "Fələkeyi Danişgah" meydanında heykəli ucaldılıb.[3][4]

İran Riyaziyyatçılar Cəmiyyətinin bir mükafatı məhz Möhsün Həştrudinin adını daşıyır.

Həmçinin bax

redaktə
  • Şeyx İsmayıl Həştrudi
  • Təbriz Universiteti
  • Tehran Universiteti
  • Şeyx Məhəmməd Xiyabani

Xarici keçidlər

redaktə

Möhsün Həştrudinin həyatı

İstinadlar

redaktə
  1. ↑ Mathematics Genealogy Project (ing.). 1997.
  2. ↑ "Arxivlənmiş surət". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-23.
  3. ↑ "Təbriz parkları". 2018-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-21.
  4. ↑ "Azərbaycanlı alimin heykəli ucalıdıldı". 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-21.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Möhsün_Həştrudi&oldid=8000327"
LOVE.AZ