Bu, Naxçıvan (şəhər) məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Cox zəif, biabırçı bir məqalə! Naxçıvana heç yaraşmayan bir məqalə. Düzü çox utandım. Mirzə Cəlilin, Həsən Abdullayevin və başqa dahilərin burda adı çəkilməməsi biabırçılıqdır. Hazırlıqsız belə məqalələrə girişmək, baş vurmaq bağışlanılmaz qəbahətdir! Rus dilindəki müəllifləri oxuduqda daha çox utanırsan...
Məqalə yazanlar, siyasətdən uzaq olun, hissiyatlara qapılmayın. Tarixi şəxsiyyətləri siyasi baxışlarınızdan asılı olmayaraq layiq olduqlari qiyməti verin, tarixdən silməyə çalışmayın.
Məncə də bu məqalənin köklü dəyişikliyə ehtiyacı var. Rus dilindəki məqaləni nəzərə alsaq ümumiyyətlə hətta yenidən yazılmağa. — NR SHENER (müzakirə) 11:46, 22 mart 2021 (UTC)Cavabla
Bacardığım qədər yazıb, düzəlişlər edirəm. ancaq yeni başladığımdan bəzi şeyləri hələ ki, bilmirəm. Tənqidi belə qarşılayıb, boynundan atmaqdansa fikirimi anlamağa çalışın. Sizcə şikayət etməyib sadəcə susaq? Heç kim yazmaq məcburiyyətində deyilsə, bərbad yazmaqdansa heç yazmasın. Nə məcbur edir yazmağa? Təkcə istək, arzu bəs etmir ki, məqalə yaradasan. Əvvəlcə yazdığın mövzu ilə dərindən tanış ol, yarımçıq yox mükəmməl iş qoy ortaya. Dost-tanışlarını bura salıb (yoxsa ki, ordakı hətta indi belə adlarını yadımda saxlaya bilmədiyim bəzi adamları Azərbaycanda öz qohum və tələbə yoldaşlarındaan başqa tanıyan varmı) Afiyəddin Cəlilovu, Ramiz Mirişlini, Şamil Mahmudbəyovu, Nicat Məmmədovu, Zərifə Əliyevanı, Həsən Əliyevi, Nazirləri, akademikləri və b. demirəm, Şəmsəddin və başqa Atabəyləri, Naxçıxanskiləri, M-S.Ordubadini, C.Məmmədquluzadəni "yaddan çıxarıb" yazmamaqla nə demək istəyib bu müəllif? Rus dilindəki Vikipediya erməni və ermənipərəst redaktorların, patrulların əlində olduğundan mənim kimi adi istifadəcilərin bütün yazdıqları, redaksiyaları silinir və hətta vandalizm hədəsi ilə xəbərdarlıq edilir. Guya bunu bilmirsiz? Mənim iradım bu məqalə də daxil ümumiyyətlə bir çox məqalələrə aiddir.— NR SHENER (müzakirə) 00:15, 23 mart 2021 (UTC)Cavabla
NMW03 Siz isə görünür əksinə çox bildiyiniz üçün burda istədiyiniz cür hərəkət edirsiz, özü də izahsız-filansız. Sizdən fərqli olaraq rusca vikipediyada hansısa düzəlişimi ləğv edəndə mütləq səbəb və qayda, bənd göstərilir və buna irad bildirə bilmirəm, razılaşmaq məcburiyyətində oluram. Ümumiyyətlə sizin adınıza burda tez-tez rast gəlirəm. Gətirdiyiniz səbəblər də mənə məntiqsiz və subyektiv gəlir. Məncə burda doğurdan da fövqəl gücə, hökmə, səlahiyyətə malik idarəçi yoxdur və ola da bilməz. NR SHENER (müzakirə) 01:24, 9 aprel 2021 (UTC)Cavabla
Məntiq deyilən bir şey var, o olanda bəzi şeylərə baxanda ondan istifadə edib nəticə çıxarırsan. Düzdür bəzən zəif məntiq səhv nəticə ciarmaga səbəb olur. Dost-tanış deyendə məntiqə görə C.Məmmədquluzadəni, M.S.Ordubadini, H.Abdullayevi "yaddan çıxarıb" 2 gənc elmi işçi və müəllimi bura salanlar demək həmin adamları şəxsən tanıdıqları üçün bunu ediblər. Həmin adamlara qarşı heç bir iradım yoxdur, əksinə. Ancaq bunu edənlər yəqin ki, əvvəlcə Naxçıxan tarixində böyük iz qoymuş sultan, xan, memar, şair, rəssam, yazıçı, alim və başqaları haqda yazmalı idilər ki, sonra müasir gənclərə keçsinlər. Yəni bir qayda olmalıdır: əvvəldən axıra, qədimdəm, keçmişdən müasirə, bu günə. Mən bunu nəzərdə tutmuşam. O ki, qaldı ermənipərəstlər, siz xoflanmayın, burda da rus vikipediyasını nəzərdə tutmuşam. Ordakı müəlliflər ya erməni ya da ermənipərəstdirlər. Naxçıvanı "Böyük Ermənistanın şərq vilayəti" kimi göstəriblər. Hətta şablon da qoyublar. "Tanınmış şəxsiyyətlər" başlığında isə Naxçıvanda anadan olmuş erməniləri veriblər. Yəqin ki, baxmamısınız deyə xəbəriniz yoxdur. Mən düzəliş etdim, şablonu sildim, ammam yenə qaytardılar və üstəlik vandalizm xəbərdarlığı ilə. Yəni heç nə edə bilmirəm. Naxçıvan tarixi erməni torpağı kimi qalmaqdadır. Belə nümunələr çoxdur. Əylisli kəndi rus səhifəsində Агулис kimi verilib və Əylisli sözünə heç bir işarə də yoxdur. NR SHENER (müzakirə) 13:35, 18 may 2021 (UTC)Cavabla
Hörmətli Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ , bacardığım qədər nələrisə yazıb, düzəlişlər etməyə çalışıram. Ancaq fikir vermişəm ki, bəzi o dediyiniz patrullar "bütün məqalələri nəzərdən keçirib nəyin daxil edildiyini və ya nəyin daxil edilmədiyini müəyyən edə..." bilməsələr də rəqəm, nöqtə-vergüllərə vaxt tapırlar. Əlbəttə ki, Naxçıvanlı bütün dahi şəxsiyyətlər haqqında məlumatları bura daxil edəcəyəm. Əlbəttə ki, mane olmasalar. İ.Əliyev, E.Məmmədyarov və başqa Bakıda və ya digər şəhərlərdə anadan olanlara gəldikdəsə azərbaycan mentalitetinə uyğun olaraq onlar əlbəttə ki, bakılı sayılmadığından Naxçıvana aid ediliblər. Burda yəqin ki, onları ayrica "əslən naxçıvanlı" kimi qeyd etmək olar. NR SHENER (müzakirə) 01:32, 9 aprel 2021 (UTC)Cavabla
Əvvala Gadirə demək istəyirəm ki, çünki məqalənin adını o dəyişib, Azvikidə şəhər adları dəqiqləşdirməsiz verilir və bura onu da əlavə ettsək ki, Naxçıvan deyəndə ilk ağla nə gəlir o zaman məqalənin adı dəqiqləşdirməsiz olmalıdır. Eyni zamanda addəyişmə ilə bağlı xeyli yönləndirmələrdə problemlər yaranıb. Bu sahə ilə bağlı peşəkar həmkarlardan Toghrul R, Atakhanli, Zohrab javad, White Demon, Samral və b.-nın da fikirlərini almaq olar. — Araz Yaquboglu (müzakirə) 12:06, 29 aprel 2024 (UTC)Cavabla