Requlyar ifadə (qısa şəkildə regex və ya regexp),[1] və ya rasional ifadə[2][3] — mətndə nümunə uyğunluğunu təyin edən simvollar ardıcıllığı və mətndə axtarışı və altsətirlərlə manipulyasiyanı yerinə yetirən formal dil.[4] Adətən, belə nümunələr sətirlərdə "tap" və ya "tap və dəyişdir" əməliyyatları və ya daxilolmaların yoxlanılması üçün sətir axtarış alqoritmləri tərəfindən istifadə olunur. Requlyar ifadə üsulları nəzəri kompüter elmində və formal dil nəzəriyyəsində inkişaf etdirilir.
/h[aeiou]+/g
(h hərfindən sonrakı saitlər).Requlyar ifadələr anlayışı 1950-ci illərdə amerikalı riyaziyyatçı Stiven Koul Klini requlyar dil anlayışını rəsmiləşdirdiyi zaman başlamışdır. Onlar, Unix mətn emal yardım proqramları ilə ümumi istifadəyə verilib. 1980-ci illərdən requlyar ifadələrin yazılması üçün müxtəlif sintaksislər mövcuddur ki, bunlardan biri POSIX standartı, digəri isə geniş istifadə olunan Perl sintaksisidir.
Requlyar ifadələr axtarış sistemlərində, mətn prosessorlarının və mətn redaktorlarının axtarış və dəyişdirmə dialoqlarında, sed və AWK kimi mətn emal proqramlarında və leksik təhlildə istifadə olunur. Requlyar ifadələr bir çox proqramlaşdırma dillərində də dəstəklənir.
Requlyar ifadələr 1951-ci ildə riyaziyyatçı Stiven Koul Klini requlyar hadisələr adlanan riyazi yazısından istifadə edərək requlyar dilləri təsvir edərkən yaranmışdır.[5][6] Bunlar nəzəri kompüter elmində, avtomatlar nəzəriyyəsinin alt sahələrində (hesablama modelləri) və formal dillərin təsviri və təsnifatında yaranmışdır. Nümunə uyğunluğunun digər erkən tətbiqlərinə requlyar ifadələr əvəzinə öz nümunə uyğunluq konstruksiyalarından istifadə edən SNOBOL dili daxildir.
Requlyar ifadələr 1968-ci ildən iki istifadədə populyarlaşmağa başladı: mətn redaktorunda nümunə uyğunluğu[7] və kompilyatorda leksik təhlil.[8] Proqram şəklində requlyar ifadələrin ilk ortaya çıxışlarından biri Ken Tompsonun mətn fayllarında nümunələri uyğunlaşdırmaq üçün bir vasitə olaraq QED redaktorunda Klin yazısını qurması idi.[7][9][10][11] Sürət üçün Tompson JIT kompilyasiyasının mühüm erkən nümunəsi olan CTTS-də IBM 7094 koduna JIT ilə requlyar ifadə uyğunluğunu tətbiq etdi.[12] Daha sonra o, bu funksiyanı ed adlı Unix redaktoruna əlavə etdi və nəticədə məşhur axtarış aləti grep-in requlyar ifadələrdən istifadə etməsinə səbəb oldu.[13]
The concept of regular events was introduced by Kleene via the definition of regular expressions.