Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi — Türkiyə Prezidentinə tabe olan, mədəniyyət və turizm sahəsini tənzimləyən nazirlik. 16 aprel 2003-cü il tarixli 4848 saylı qanunla yaradılmışdır. Daha sonra bu qanun Prezidentin 10 iyul 2018-ci il tarixli fərmanı ilə ləğv edilərək yenidən təşkil edilmişdir.[1][2]
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi | |
---|---|
Kültür ve Turizm Bakanlığı | |
![]() | |
Yaranma tarixi | 2003 |
Mərkəzi | |
ktb.gov.tr | |
![]() |
Nazirlik 25 noyabr 1957-ci ildə Mətbuat və Turizm Nazirliyi kimi yaradılmışdır. 19 iyul 1963-cü ilə qədər Turizm və Təbliğat Nazirliyi adlandırırdı. 1971-ci il iyulun 13-də Mədəniyyət Nazirliyi yaradıldl. 1981-ci il dekabrın 10-da iki nazirlik birləşdirildi və Mədəniyyət və Turizm Nazirliyi yaradıldı. Nazirlik 17 mart 1989-cu ildə yenidən Mədəniyyət Nazirliyi və Turizm Nazirliyi olaraq ayrılmışdır. 29 aprel 2003-cü ildə iki nazirlik yenidən birləşdirildi.[2]
Mədəniyyət və Turizm Nazirliyinin vəzifə və səlahiyyətləri aşağıdakılardır:[1]
Mədəni İrsin Qorunması üzrə Ali Şura Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabe olan, həmçinin Abidələr üzrə Yüksək Şura kimi tanınan və mühafizəsi tələb olunan daşınmaz mədəniyyət sərvətlərinin (qorunan ərazilər) qorunmasını və bərpasını təmin etmək, regionlararası turizmin təşkilini və bu problemlərin həllinə yardım etmək məqsədi daşıyan qurumdur.
Türkiyə Turizm Nazirliyi turizm investisiyalarını və müəssisələri yoxlayan müfəttişlər təyin edir. Buraya təhlükəsizlik tədbirlərinin yoxlanılması daxildir.[5]
Nazirliyin vəzifələrindən biri də əlyazmaların qorunub saxlanılmasıdır.