. Love.az

Mehemmedeli Xan Qullaragasi - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmedeli Xan Qullaragasi
Bu adın digər istifadə formaları üçün bax: Məhəmmədəli xan.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Məhəmmədəli xan Qullarağası (Cənubi Azərbaycan – Məşhəd) — Səfəvi şahı II Təhmasibin sədrəzəmi, Fars valisi, səfir.

Məhəmmədəli xan Qullarağası
 
Səfəvi İmperiyasının vəziri
12 oktyabr 1726 – 13 noyabr 1729
ƏvvəlkiFətəli xan Qovanlı-Qacar
SonrakıNadirqulu bəy Əfşar
Şəxsi məlumatlar
Doğum yeri
  • Cənubi Azərbaycan
Vəfat yeri Məşhəd, Xorasan, Səfəvilər
Fəaliyyəti dövlət qulluqçusu

Həyatı

redaktə

Nadir şahın sərkərdəlik, ölkəni idarə etmək fəaliyyətinin bilavasitə istirakçısı olmuş və onun diplomatik missiyasını yerinə yetirmiş Aslan xan Qullarağasının oğlu Məhəmmədəli xan II Şah Təhmasibin dövründə atasının mötəbər vəzifəsində olmuşdur. O da diqqət cəlb edir.

Təhmasibqulu xan (Nadir şah) 1729-cu ildə Fars vilayətini əfqanlardan təmizlədikdən sonra şahın göstərişi ilə Məhəmmədəli xanla birlikdə həmin vilayətə göndərilmişdi. O, Şirazda olarkən buraya gəlmiş Məmmədəli xana Şiraz şəhərinin abadlığı ilə məşğul olmağı tapşırdı. Məhəmmədəli xan beş ildən artıq bir müddətdə Fars valisi oldu. O, əfqanlar tərəfindən dağıdılmış yerləri bərpa etdirdi və onun səy və bacarığı nəticəsində Şiraz əvvəlki vəziyyətinə qayıtdı. Məhəmmədəli xan 1733-cü ildə yenidən İran dövlətinin nümayəndəsi kimi Hindistana gondərildi və bir diplomat olaraq Bəndər-Abbas yolu ilə Məhəmməd şahın sarayına yola düşdü. Təəssüf ki, onun sonrakı fəaliyyəti barədə məlumat yoxdur.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmmədəli_xan_Qullarağası&oldid=7163982"
LOVE.AZ