. Love.az

Mehemmed Abbasquliyev - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmed Abbasquliyev
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 25 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu – 22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini.

Məhəmməd Abbasquliyev
Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi
18 avqust 2008 – 22 noyabr 2013
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1965(1965-02-14)
Doğum yeri
  • Kalbaoruc Dizə, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 noyabr 2013(2013-11-22) (48 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • II Fəxri Xiyaban
Təhsili
  • Donetsk Mühəndislik və Kommunikasiya Ali Hərbi-Siyasi Məktəbi[d]
Uşağı 4
Hərbi xidmət
Xidmət illəri 1994-2013
Mənsubiyyəti Dövlət Sərhəd Xidməti
Rütbəsi
General-mayor

Təltifləri "Azərbaycan Bayrağı" ordeni3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı

redaktə

Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub.

Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.

General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində vəfat edib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.[1]

Ailəsi

redaktə

Ailəlidir. 4 övladı var.

İstinadlar

redaktə
  1. ↑ modern.az. "Dövlət Sərhəd Xidməti rəisinin müavini, general Məhəmməd Abbasquliyev vəfat edib". modern.az (az.). İstifadə tarixi: 2024-07-05.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmməd_Abbasquliyev&oldid=8107485"
LOVE.AZ