. Love.az

Mehemmed Ibn Telal - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmed Ibn Telal

Məhəmməd ibn Təlal (ərəb. الأمير نايف بن عبدالله‎; 2 oktyabr 1940, Amman – 29 aprel 2021[1], Amman) — İordaniya kralı I Təlalın oğullarından biri, taxt vəliəhdi.

Məhəmməd ibn Təlal
ərəb. مُحمَّد بن طلال بن عبد الله بن الحُسين بن علي الهاشمي‎
İordaniya taxt-tacının vəliəhdi
11 avqust 1952 – 30 yanvar 1962
MonarxI Hüseyn
ƏvvəlkiHüseyn ibn Təlal
SonrakıAbdullah ibn Hüseyn
Şəxsi məlumatlar
Doğum tarixi 2 oktyabr 1940(1940-10-02)
Doğum yeri
  • Amman, İordaniya
Vəfat tarixi 29 aprel 2021(2021-04-29)[1] (80 yaşında)
Vəfat yeri
  • Amman, İordaniya
Fəaliyyəti siyasətçi
Atası I Təlal (İordaniya kralı)
Anası Zeynəl-şərəf bint Cəmil
Ailəsi Haşimilər
Dini İslam
Rütbəsi Feldmarşal
Təltifləri Knight Grand Cross of the Royal Victorian Order (Birləşmiş Krallıq) "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1940-cı ildə Ammanda dünyaya gəldi.[2] Atası İordaniya kralı I Təlal, anası isə onun türk əsilli xanımı Zeynəl-şərəf bint Cəmildir. Orta təhsilini Ammanda tamamladıqdan sonra öncə İsveçrəyə, ardından İngiltərəyə göndərildi. 1951-ci ildə babasının ölümü və atasının qısa səltənətinin ardından böyük qardaşı I Hüseyn taxta çıxarıldı.[3] O illərdə 12 yaşında idi və qardaşının oğul övladı olmadığı üçün İordaniya taxtının vəliəhdi elan olundu. 1962-ci ildə qardaşı oğlu Abdullahın doğumuna qədər bu ünvanı daşıdı.[4]

1956-1957-ci ildə Bağdaddakı hərbi akademiyada təhsil aldı[5] və 1960-cı ildə xüsusi uçuş lisenziyası aldı. 1958-ci ildə İordaniyaya qayıtdı və Milli ordunun sıralarına qatıldı. Bir çox dövlət vəzifəsində xidmət etdi və qardaşının yoxluğunda bir neçə dəfə naib olaraq dövlət idarəsini ələ aldı.

29 aprel 2021-ci ildə Ammanda vəfat etdi.[6]

Ailəsi

redaktə

İlk evliliyi 1964-cü ildə Fəryal İrşaidlə baş tutdu və 2 oğlu dünyaya gəldi. Ancaq cütlük 1978-ci ildə boşandılar.[7]

  • Təlal ibn Məhəmməd (26 iyul 1965-), 1991-ci ildə Livanlı biznesmen Hani Salamın qızı Qida Salamla evləndi və cütlüyün 3 övladı doğuldu.
    • Hüseyn ibn Təlal (1999-)
    • Rəja bint Təlal (1999-)
    • Məhəmməd ibn Təlal (2001-)
  • Qazi ibn Məhəmməd (15 oktyabr 1966-), 1997-ci ildə Arej bint Ömərlə evləndi və cütlüyün 4 övladı doğuldu. 2021-ci ildə boşandı və ertəsi il keçmiş Bolqar çarı II Simeonun oğlu Kardamın dul xanımı Məryəm Lopezlə evləndi. İkinci evliliyindən övladı yoxdur.
    • Tasnəm bint Qazi
    • Abdullah ibn Qazi
    • Cənnah binti Qazi
    • Salsabel bint Qazi

İkinci evliliyi isə İordaniyanın keçmiş baş nazirlərindən Həzza Məcalinin qızı Təqrid Məcali ilə 1981-ci ildə baş tutdu. Ancaq bu evlilikdən övladı olmadı.

İstinadlar

redaktə
  1. ↑ 1 2 الديوان الملكي الأردني يعلن وفاة الأمير محمد بن طلال. RT Arabic, 2021.
  2. ↑ "Prince Muhammad bin Talal of Jordan passes away aged 80". Arab News (ingilis). 2021-04-29. 2024-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
  3. ↑ "Lionel Pincus's Sons Take Their Father's Princess to Court". Vanity Fair. 6 August 2009. Archived from the original on 28 February 2010
  4. ↑ "THE MAN WHO WOULD BE KING. - Free Online Library". www.thefreelibrary.com. 2020-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
  5. ↑ "Prince Mohammad turns 73". The Jordan Times. 1 October 2013. Archived from the original on 3 October 2013
  6. ↑ "وفاة الأمير محمد بن طلال وحداد رسمي 7 أيام في البلاط الملكي الهاشمي". قناة المملكة (ərəb). 2024-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
  7. ↑ "The Hashemite Royal Family". The Office of King Hussein. Archived from the original on 6 April 2019
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmməd_ibn_Təlal&oldid=7988481"
LOVE.AZ