Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Məhərrəm Səməd oğlu Həsənov (26 avqust 1954, Mincivan, Zəngilan rayonu – 8 noyabr 2020, Bakı) — AMEA-nın H. Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent.
Məhərrəm Həsənov | |
---|---|
Məhərrəm Səməd oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | Mincivan, Zəngilan rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | coğrafiya |
Elmi dərəcəsi | coğrafiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Elmi rəhbəri | akademik B.Ə.Budaqov |
Mükafatları |
Məhərrəm Həsənov 1954-cü il avqust ayının 26-da Zəngilan rayonunun Minçivan qəsəbəsidə doğulub.[1] Azərbərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) fakültəsini bitirşmişdir. 5411.01 — ixtisas şifri ilə "Kiçik Qafqazda payızlıq buğdanın inkişafına, məhsuldarlığına və məhsulun keyfiyyətinə meteoroloji elementlərin təsiri" adlı namizədlik dissertasiyanı müdafiə edərək Coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.[2]
Elmi fəaliyyəti "Aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə", "İqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi" və "Gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarının və təbii-zonaların sərhədlərinə təsirinin tədqiqi" istiqamətində olmuşdur.
50-yə qədər xaricdə çıxmış elmi əsərləri, 3 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələri vardır.
3 dissertanta və 1 doktoranta elmi rəhbərlik etmişdir.
Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirmişdir.