. Love.az

Mincivan - Wikipedia - Love.az

Ana Səhifə - Mincivan

Mincivan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.[2]

Mincivan
39°01′48″ şm. e. 46°43′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 315 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 344 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Mincivan xəritədə
Mincivan
Mincivan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
    • 1.1 İşğal dövrü
  • 2 Əhali
    • 2.1 Milli tərkibi
  • 3 Tanınmışlar
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Tarixi

redaktə

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdədir. 1795–1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış, oradakı kəndin adını da yeni məntəqəyə vermişlər. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınmışdır. Xalq etimologiyasına görə, oykonim "min cavan" kimi izah edilir. Ehtimal ki, toponim ming tayfasının adından və İran dillərinə mənsub olan, "yer, məkan, məskən" mənalarıni bildirən -van şəkilçisindən ibarət olub, "ming məskəni, minglər" mənasını verir. Beləliklə, Mincivan etnooykonimdir.[3]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]

İşğal dövrü

redaktə

Bu ərazidə başçısı Ömər Şəhabi olan liviyalıların "Hizbullah" və başçısı Musa Qulam Haq olan livanlıların "Həmas" terrorçu qrupları yerləşdirilmişdir.[5]

Əhali

redaktə

1912-ci il “Qafqaz təqvimi ” nə görə , Mincivan kəndində 100 nəfər, əsasən də “tatarlar” adlanan azərbaycanlılar yaşayırdı.[6].

1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə, Qubadlı qəzasının Quşan qəsəbəsi ilə Mincivanda 257 nəfər (58 təsərrüfat) yaşayırdı, əsas milləti Azərbaycan türkləri təşkil edirdi.[7]

1933-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan SSR Zəngəlan rayonunun Mincivan qəsəbəsində 322 nəfər (72 təsərrüfat) - 169 kişi və 153 qadın yaşayırdı. Mərkəzi Mincivan olan bütün kənd soveti (Baharlı, Dəlləkli, Tərəkəmə kəndləri) 100% türklərdən (azərbaycanlılardan) ibarət idi.[8]

1989-cu il Ümumittifaq siyahıyaalınmasına görə Mincivan qəsəbəsinin əhalisi 5506 nəfər idi.[9]

Milli tərkibi

redaktə
Siyahıyaalma ili 1970[10] 1979[11]
azərbaycan türkləri 4 157 (91,8 %) 3 844 (98,8 %)
ermənilər 219 (4,8 %) 6 (0,2 %)
ruslar və ukraynalılar 83 (1,8 %) 36 (0,9 %)
digərləri 71 (1,5 %) 3 (0,1 %)
Ümumi 4 530 3 889

Tanınmışlar

redaktə
  1. Elçin Bağırov şəhid,

Həmçinin bax

redaktə
  • Mincivan Dəmiryol Stansiyası

İstinadlar

redaktə
  1. ↑ http://census.stat-nkr.am/arm/khashatagh/1-1.pdf.
  2. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. ↑ Mincivan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. ↑ "Prezident Mincivanın işğaldan azad olunduğunu açıqladı". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
  5. ↑ Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941–2002-ci illər). Bakı. "Elm". 2008. səh. 268. Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine  (az.)
  6. ↑ "Кавказский календарь. Тифлис 1912". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
  7. ↑ Азербайджанская сельско-хозяйственная перепись 1921 года. Вып. 9. Кубатлинский уезд (Издание Аз. Ц. С. У.). Баку. 1922. 52–53.
  8. ↑ Административное деление АССР. Баку: Издание АзУНХУ. 1933. 100.
  9. ↑ "Демоскоп Weekly - Приложение. Справочник статистических показателей". www.demoscope.ru. 2006-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  10. ↑ "Этнокавказ. Национальный состав населения Зангеланского района по переписи 1970 года". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.
  11. ↑ "Этнокавказ. Национальный состав населения Зангеланского района по переписи 1979 года". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mincivan&oldid=7405031"
LOVE.AZ