. Love.az

Meqsedliliyi Mueyyenetme Surasi - Wikipedia - Love.az

Ana Səhifə - Meqsedliliyi Mueyyenetme Surasi

Məqsədliliyi Müəyyənetmə Şurası (fars. مجمع تشخیص مصلحت نظام‎, Rom: Məcma Təşhis-i Məsləhət-i Nizam) — İranın Ali Rəhbərinin icazə verdiyi mövzularda Konstitusiyanın Müdafiəsi Şurası ilə İslam Şurası Məclisi arasında olan mübahisələrin həllinə cavabdeh olan və eyni zamanda İranın Ali Rəhbərinə ölkənin ümumi siyasətinin müəyyən edilməsi sahəsində məsləhətlər verə bilmək səlahiyyətləri olan konstitusiya orqanıdır.[1]

Məqsədliliyi Müəyyənetmə Şurası
مجمع تشخیص مصلحت نظام
Ümumi məlumatlar
Təsis tarixi 1988
Sayt
maslahat.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

6 fevral 1988-ci ildə yaradılmış Məqsədliliyi Müəyyənetmə Şurasının üzvləri İran Prezidenti, parlamentin spikeri, məhkəmə hakimiyyətinin başçısı, İranın Ali Rəhbəri tərəfindən təyin olunan Konstitusiyanın Müdafiəsi Şurasının altı din xadimi və İranın Ali Rəhbəri tərəfindən təyin ediləcək digər üzvlərdən ibarətdir.[2] İranın keçmiş prezidenti olmuş Haşimi Rəfsəncani 1989-cu ildən 2017-ci ildəki vəfatına qədər Şuranın prezidenti olmuşdur.

İstinadlar

redaktə
  1. ↑ "İran Anayasası". imam-khomeini.com. 29 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2017. "Konstitusiyanın 110 və 112-ci maddələri."
  2. ↑ İran İslam Cumhuriyetinde Anayasal Sistem ve Siyasi Partiler, ORSAM Rapor No: 112, Mart 2012, s. 10

Xarici keçidlər

redaktə
  • maslahat.ir — rəsmi saytı
  • Radio Free Europe/Radio Liberty(RFE/RL) 13 September 2004, mentions Expediency Council
  • A Caliphate disguised as a republic
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məqsədliliyi_Müəyyənetmə_Şurası&oldid=8172385"
LOVE.AZ