Məsud Pənahi (10 yanvar 1943[1], Zəncan[1]) — Azərbaycan və Almaniya animasiya rejissoru, kino rəssamı, animatoru və ssenari müəllifi.
Məsud Pənahi | |
---|---|
Doğum tarixi | 10 yanvar 1943(1943-01-10)[1] (82 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Pənahi Makulu[1] |
Fəaliyyəti | kinorejissor, ssenarist, rejissor, rəssam, animasiyaçı |
Tanınma səbəbi | Pıspısa xanım və Siçan bəy |
IMDb | ID5745678 |
Məsud Pənahi 10 yanvar 1943-cü ildə doğulub. 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib.
1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışmışdır. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir.
Məsud Pənahi "Tıq-tıq xanım" ("Pıspısa xanım və Siçan bəy") animasiya filminin müəllifidir.
1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib.
M. Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmidir.
2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub.[2][3]