. Love.az

M16 - Wikipedia - Love.az

Ana Səhifə - M16

M16 (Rəsmi adı: Rifle, Caliber 5.56 mm, M16) — ABŞ istehsalı olan, avtomat rejimli döyüş silahı. AR-10 tüfəngi bazasında 1960-cı ildə yaradılmışdır.

M16
avtomat rejimli döyüş silahı
avtomat rejimli döyüş silahı
Tipi Avtomat
Ölkə
  •  ABŞ
İstismar tarixçəsi
İstismar illəri 1961-Davam edir
İstismara başlanması 1962
İstifadə edilən döyüşlər Vyetnam müharibəsindən sonra ABŞ-nin iştirak etdiyi bütün müharibələrdə
İstehsal tarixçəsi
Konstruktor Yucin Strouner,
Robert Fremont
Ceyms Sallivan
Yaranma tarixi 1960
İstehsalçı Colt’s Patent Firearms Manufacturing Company
GMC Hidramatic Div
Harrington & Richardson
Variantları M16A1, M16A2, M16A3/A4, M4, CAR-15
Xüsusiyyətləri
Ağırlığı 2,88 kq (boş sandıqla)
Uzunluğu 986 mm (taxta qundaqla)
Kalibr 5,56
Mərminin başlanğıc sürəti 700-900/dəqiqə (M16A2), 700-950/dəqiqə (M16A4)
Nişangah Dioptrik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

M16 AK-47 kimi dünyada ən çox yayılmış döyüş silahlarından biridir. 8 milyon ədəd istehsal olunmuşdur. ABŞ Quru Qoşunlarının əsas silahıdır.

Mündəricat

  • 1 İstehsal tarixi
  • 2 İlk istifadəsi
  • 3 Variantlar
    • 3.1 Xarici varinatlar
  • 4 İstifadə edən ölkələr
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

İstehsal tarixi

redaktə

ABŞ Müdafiə Nazirliyinin 1940–1950-ci illərdə keçirdiyi yoxlamadan sonra qərar qəbul edildi ki, Silahlı qüvvələr 7,62 mm kalibrli silahdan 5,56 mm kalibrli silaha keçsinlər. AR-10 tüfənginin bazasında yeni silahın yaradılmasına Armalite Division of the Fairchild Aircraft Corp şirkəti başlayır. 1959-cu ildə bu şirkət AR-15 silahının istehsal hüququnu Colt’s Patent Firearms Manufacturing Company şirkətinə satır. Şirkət yeni silahı Hindistan və Malayziyaya satmağı planlaşdıraraq konstruksiya işlərinə başlayır.

1961-ci ildə ABŞ 8500 ədəd AR-15 silahını alır və yoxlamaq üçün Vyetnamdakı Hərbi Desant Qüvvələrini bu silahla silahlandırır. Yoxlama uğurla bitdikdən sonra 1962-ci ilin may ayında ABŞ daha 20000 ədəd AR-15 alır və onları artıq Hərbi Hava Qüvvələrinə və SEAL hərbi bölməsinin istifadəsinə verir. 1963-cü ildə Colt şirkəti ilə 104000 silahın alınması üçün müqavilə imzalanır.

1964-cü ildə M16 avtomatik tüfəngi M14 avtomatlarını əvəz edərək rəsmi şəkildə ABŞ Silahlı Qüvvələrinin istifadəsinə verilir. 1966-cı ildə M16 ilə ABŞ-nin Vyetnamdakı bütün hərbi bölmələri silahlanır. 28 fevral 1967-ci ildə Silahlanmaya M16-nın inkişaf etdirilmiş variantı olan M16A1 qəbul olunur.

1968-ci ildə ABŞ-də ARSAP proqramı qəbul olunur. Proqrama əsasən bir sıra yeni prespektivli silahlar yaranmalı idi. Buna uyğun olaraq "Colt" şirkəti silahların bir sıra yeni variantlarını yaradır.

İlk istifadəsi

redaktə

M16 ilk dəfə İndoneziya-Malayziya konfliktində Britaniya ordsunun xüsusi bölmələri tərəfindən istifadə olunurdu, amma bu silah məşhurluğu Vyetnam müharibəsində qazandı. M16-nı ABŞ və Cənubi Vyetnam hərbi bölmələri istifadə edirdi.

Variantlar

redaktə
  • M16 — silahın ilk modeli. Silahlanmadan çıxarılandan sonra istehsalçı "Colt" şirkəti istehsalı davam etdirdi, amma artıq ordu üçün deyil, vətəndaşlar və polislər üçün.
  • M16A1 — M16-nın inkişaf etdirilmiş variantı. Bu avtomat üçün 30 gülləli sandıq və səs boğucu yaradılmışdır. 1967–1985-ci illərdə ABŞ ordusunda istifadə olunmuşdur.
  • M16A2 — M16A1 avtomatının variantı. SS109/M855 gilizinə adaptasiya olunmuşdur, yeni silah yüngül plastik sandıqla istifadə olunurdu.
  • M16A3 — M16A2-nin variantı. Fasiləsiz atəş rejimli bu silah ABŞ Hərbi Dəniz qüvvələri tərəfindən istifadə edilir.
  • M16A4 — M16A2-nin variantı.
  • M4 — M16A2-nin qısaldılmış variantı.
  • M4A1 — M4-ün fasiləsiz atəş rejimli variantı.

Xarici varinatlar

redaktə
  • Diemaco C7/C8 — M16A1 və M4-ün Kanada tərəfindən konstruksiya edilmiş variantı.
  • Daewoo K1/Daewoo K2 — M16A1-in Cənubi Koreya tərəfindən konstruksiya edilmiş variantı.
  • CQ 5,56 və DIO S-5,56 — M16A1-in lisenziyasız variantı. İran və Çinə satış üçün nəzərdə tutulmuşdur.
  • HK 416 — M4-ün Alman varinatı.
  • Khaybar KH 2002 — M16-nın İran variantı.
  • Type 65 və Type 86/91 — M16 və M4-ün Tayvan variantı.

İstifadə edən ölkələr

redaktə
 
Dünya xəritəsində M16 istifadə edən ölkələr
  •   Əfqanıstan
  •   Argentina
  •   Azərbaycan
  •   Baham adaları
  •   Banqladeş
  •   Bəhreyn
  •   Barbados
  •   Beliz
  •   Boliviya
  •   Braziliya (M16A2)
  •   Botsvana
  •   Bosniya və Herseqovina
  •   Bruney
  •   Kamboca
  •   Kamerun
  •   Çili
  •   Kolumbiya
  •   Kosta-Rika
  •   Danimarka
  •   Dominikan Respublikası
  •   Misir
  •   Estoniya
  •   Salvador
  •   Fici
  •   Fransa (Xüsusi təyinatlılar)
  •   Gürcüstan
  •   Qana
  •   Yunanıstan
  •   Qrenada
  •   Haiti
  • Honduras
  •   Macarıstan
  •   Hindistan (Xüsusi təyinatlılar)
  •   İndoneziya
  •   İsrail
  •   İtaliya (Xüsusi təyinatlılar)
  •   Yaponiya
  •   İordaniya
  •   Yamayka
  •   Küveyt
  •   Latviya
  •   Livan (M16A1)
  •   Lesoto
  •   Liberiya
  •   Lixtenşteyn
  •   Litva (M16A1)
  •   Maldiv adaları
  •   Malayziya
  •   Meksika
  •   Mərakeş
  •   Monako
  •   Nepal
  •   Yeni Zelandiya
  •   Laos
  •   Nigeriya
  •   Oman
  •   Pakistan
  •   Panama
  •   Filippin
  •   Portuqaliya
  •   Qətər
  •   Səudiyyə Ərəbistanı
  •   Sinqapur (M16S1)
  •   Cənubi Koreya
  •   Şri-Lanka
  •   Çin Xalq Respublikası
  •   Tailand
  •   Şərqi Timor
  •   Türkiyə (Xüsusi təyinatlılar, polis)
  •   Birləşmiş Ərəb Əmirlikləri
  •   Böyük Britaniya (Xüsusi təyinatlılar)
  •   Uruqvay
  •   ABŞ
  •   Vyetnam
  •   Venesuela
  •   Yəmən
  •   Zair

İstinadlar

redaktə
  • İstifadə qaydaları

Xarici keçidlər

redaktə
  • İstehsalçı səhifəsi
  • İstehsalçının səhifəsində M16A4-ün spesifikasiya qaydaları
  • M16 tüfəngi gunmaker saytında
  • M16 haqqında Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=M16&oldid=7858855"
LOVE.AZ