Macarıstan krallığı — 1526-cı il Mohaç döyüşündən sonra Habsburqların nəzarəti altında fəaliyyət göstərən[1] və 1867-ci ildə Avstriya-Macarıstan ikili monarxiyasının yaranmasına qədər mövcud olmuş siyasi qurum.[2] Bu dövrdə Macarıstan torpaqları Osmanlı imperiyası və Habsburqlar arasında bölünmüşdü.[3] Habsburqların nəzarətində olan ərazi Kral Macarıstanı (mac. Királyi Magyarország) adlanırdı və bu qurum nominal olaraq Macarıstan krallığının davamı sayılırdı.[4][5]
Tarixi dövlət | |||
Macarıstan krallığı | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Buda, Bratislava, Buda | ||
Rəsmi dilləri |
|
||
Pul vahidi | Avstriya-Macarıstan quldeni | ||
İdarəetmə forması | mütləq monarxiya | ||
![]() |
Macarıstan krallığı (1526–1867) dövrü, macar xalqının siyasi və milli şüurunun formalaşması baxımından mühüm mərhələ olmuşdur.[6] Bu dövr ərzində Habsburqların mərkəzləşdirici siyasətinə qarşı müxtəlif hərəkatlar, Osmanlı təsirinə qarşı mübarizə və nəhayət, Avstriya–Macarıstan modelinə keçid, ölkənin gələcək siyasi xəritəsinin formalaşmasında əsas rol oynamışdır.[7]
1526-cı ildə Osmanlı sultanı I Süleymanın ordusu ilə Macarıstan kralı II Layoş arasında baş verən Mohaç döyüşü Macarıstan krallığının parçalanmasına səbəb olmuşdur.[8] II Layoş döyüşdə həlak olmuşdur və onun ölümündən sonra taxta iki iddiaçı çıxmışdır: Habsburqlardan I Ferdinand və Yanoş Zapolya. Bu münaqişə nəticəsində Macarıstan üç yerə bölünmüşdür:[9]
Kral Macarıstanı (mac. Királyi Magyarország) — 1526–1867-ci illərdə Habsburq monarxiyası tərəfindən idarə olunan Macarıstan torpaqları.[10] Rəsmi olaraq Macarıstan krallığının davamı hesab edilirdi, lakin reallıqda Avstriya Habsburqlarının nəzarətində idi.[11] Kral Macarıstanı Habsburq sülaləsinin üzvləri tərəfindən idarə olunurdu. Bu dövrdə Macarıstan formal olaraq ayrı bir krallıq olsa da, Avstriya monarxiyasının bir hissəsi kimi inzibati və hərbi cəhətdən mərkəzləşdirilmiş şəkildə idarə olunurdu.[12] Macarıstan aristokratiyası bəzi muxtari hüquqlara malik idi, lakin Habsburqlar bu hüquqları tez-tez məhdudlaşdırırdılar. Kral Macarıstanı əsasən şimal və qərb Macarıstan torpaqlarını, yəni indiki Slovakiya, Burqenland, qərbi Macarıstan və Şimali Xorvatiya ərazilərini əhatə edirdi.[13] Əraziyə daxil olan inzibati bölgələr Habsburq idarəetmə sisteminə uyğunlaşdırılmışdı.[14]
Habsburqlar və Osmanlılar arasında Macarıstan uğrunda bir neçə müharibə baş vermişdir.[15] 1683–1699-cu illərdə Osmanlıya qarşı Müqəddəs İttifaq müharibəsi nəticəsində Habsburqlar Osmanlı Macaristanının əksər hissəsini ələ keçirdilər. 1699-cu il Karlovitsa sülhü ilə Osmanlılar Macarıstanın böyük hissəsini Avstriyaya vermişdir.[16] 1703–1711-ci illərdə knyaz II Ferens Rakoçi Habsburq hökmranlığına qarşı böyük bir azadlıq hərəkatına rəhbərlik etmişdir.[17] Bu üsyan Habsburqlar tərəfindən yatırılmışdır, lakin Macar xalqının muxtariyyət arzularını gücləndirmişdir. XIX əsrdə Macarıstanda milli özünüdərk və muxtariyyət uğrunda mübarizə güclənmişdir. 1848-ci il inqilabı zamanı Layoş Koşut və digər liderlər Habsburq hökmranlığına qarşı silahlı mübarizə başlamışdılar.[18] Qısa müddətə Macarıstan müstəqilliyini elan etsə də, 1849-cu ildə Habsburq və Rus ordusu tərəfindən bu hərəkat yatırılmışdır.[19]
1867-ci ildə Avstriya imperiyası daxilində siyasi böhrandan sonra Habsburq sülaləsi ilə macar aristokratiyası arasında Avstriya–Macarıstan razılaşması (alm. Ausgleich) imzalanmışdır.[20] Bununla Macarıstan krallığı Avstriya ilə bərabər hüquqlu ikinci dövlət olaraq Avstriya–Macarıstan ikili monarxiyasının tərkibinə daxil olmuşdur.[21]
Macarıstanlı statistik Elek Fenyeşe görə Macarıstan krallığının etnik qrupları[22] | Say təq. 1840 |
Faiz |
---|---|---|
Macarlar (o cümlədən qaraçılar (75.107),[23] çünki onlar macarca danışırlar) | 4.812.759 | 37.36 % |
Slavyanlar (Slovaklar, Rusinlər, Bolqarlar, Serblər, Xorvatlar, və s.) | 4.330.165 | 33.62 % |
Valaxiyalılar | 2.202.542 | 17.1 % |
Almanlar (Transilvaniya saksonları, Dunay şvabiyalıları, və s.) | 1.273.677 | 9.89 % |
Yəhudilər | 244.035 | 1.89 % |
Fransızlar (əsasən Lotaringiya və Elzasdan)[24] | 6.150 | 0.05 % |
Yunanlar | 5.680 | 0.04 % |
Albanlar | 1.600 | 0.01 % |
Cəmi | 12.880.406 | 100 % |
The language of the Austrian ministers daily assumed a far more imperative tone. They declared ominously that they were "preparing an official document, in which they would so fully clear up their relation to Hungary, as to enable their Diet to form a correct view on the subject."