Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Madayların şəxs adları – Madaylar arasında yayılmış şəxs adları.
Manna və Midiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda çarlıqlar mövcud idi. Eramızdan əvvəl IX əsrdən başlayaraq Assur çarlarının bu ölkələrə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar, lakin sonradan aparılan araşdırmalar Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı və midiyalı şəxs adlarında iştirak etməsi də faktdır.[1]
Herodotun əsərində Midiya yer və şəxs adlarının hamısı təhrifə uğramış formalardadır. Herodot yazır ki, onun məlumatçıları (informantları) farslar olmuşlar.[36]. Deməli, farsca olmayan adlar fars dilinə uyğunlaşdırılmış şəkildə tələffüz olunmalı, Herodot isə farsın tələffüzündə eşitdiyi adları yunan dilinə uyğun tərzdə yazmalı idi.
E. ə. V əsrdə yaşamış tarixçi Ktesi Midiyada aşağıdakı çar adlarını qeyd etmişdir:
Maraqlıdır ki, Manna və Midiyada şəxs adlarının çoxu şumer mənşəlidir. Q. Qeybullayev qeyd edir ki, bunun səbəbini izah etmək çətindir. Müxtəlif mülahizələr irəli sürmək olar. Birincisi, çoxminillik qarşılıqlı əlaqələr nəticəsində şumerin teofor şəxs adları mannalara və madaylara da keçmişdir; Qeyd edilməlidir ki, bu adlar akkadlarda, elamlarda və urartulularda da bu və ya digər dərəcədə vardır. İkincisi, mannaların və madayların ulu əcdadları olan kutilər və lulubelər mənşəcə şumerlərlə eyni etnik kökə mənsubdur. Üçüncüsü, şumerlərin bir hissəsi mannaların və madayların əcdadlarına qarışmışdır. Ümumi nəticə budur ki, şumerlər, kutilər, lulubelər, nisbətən sonra gəlmiş kaslar və kaspilər türk mənşəli etnoslar idilər.[1]