Maddə miqdarı — Maddədə olan eyni tipli struktur vahidlərin miqdarını müəyyən edən fiziki kəmiyyətdir. Struktur vahidi dedikdə maddənin təşkil olunduğu istənilən zərrəciklər (atomlar, molekullar, ionlar, elektronlar və başqa hissəciklər) başa düşülür. Maddə miqdarı, adətən,
(en) latın və ya
(nü) yunan hərfləri ilə ifadə olunur. Lakin, məktəb kursunda
yunan hərfindən istifadə geniş yayılmışdır. Həm Beynəlxalq vahidlər sistemində (BS), həm də SQS sistemində maddə miqdarının ölçü vahidi mol qəbul edilmişdir
.
Maddə miqdarı | |
---|---|
Ölçüsü | N |
Ölçü vahidi | |
BS | mol |
SQS | mol |
Maddə miqdarı fiziki kəmiyyət olaraq molekulların sayının
Avoqadro sabitinə nisbətinə bərabərdir:
Başqa sözlə, maddə miqdarı struktur vahidlərinin nisbi sayını təyin edir. maddə miqdarını maddənin
kütləsinin
molyar kütləsinə nisbəti kimi də tapmaq olar:
Burada kəmiyyəti molekulun kütləsidir.