Makalpinlər (ortagel: Clann Chinaeda meic Ailpín) və ya Alpinlər (ing. House of Alpin, Alpínid dynasty) — 841-ci ildən 1018-ci ilə qədər Dal Riada, Alba, Piktaviya (843-cü ildən) və Stratklayd (889-cu ildən) kral sülaləsi. Sülalənin qurucusu Dal Riada ilə Piktaviyanı bir araya gətirmiş və Alba krallığını qurmuş Kennet mak Alpindir. Daha sonra Alba krallığı ilə Stratklayd krallığı birləşmiş və Şotlandiya krallığını qurmuşdur. 1034-cü ildə sülalə yeni bir kişi üzvü olmadığından süquta uğramışdır. Makalpinlərdən sonra Şotlandiyaya ardıcılıq olaraq, Dankeld sülaləsi, Morey sülaləsi, Balliol sülaləsi, Bryus sülaləsi və Stüartlar sülaləsi rəhbərlik etmişdir.[1]