Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur.[1][2] İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır.[3] Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir.
2015–2016-cı illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln. ton), Rusiya (1 mln. ton) idi.[4][5]
İtaliyada makaron məhsulları haqqında ən erkən dəqiq mənbələr XIII və ya XIV əsrlərə aiddir. İlk dəfə ABŞ-də makaron istehlakını təşviq etmək üçün buraxılan Macaroni Journal çap etdiyi əfsanəyə görə, İtaliyaya makaronu Çindən Marko Polo gətirib.[6][7]