. Love.az

Makarov Pm - Wikipedia - Love.az

Ana Səhifə - Makarov Pm

Makarov PM — 1948-ci ildə sovet konstruktoru Nikolay Makarov tərəfindən hazırlanmış özüdolan tapançadır. 1951-ci ildə istifadəyə verilmişdir. Sovet Silahlı Qüvvələrində və hüquq-mühafizə orqanlarında, müdafiə olunmaq üçün polisin şəxsi tabel silahı olub, düşməni yaxın məsafədən dəf etmək üçündür. Tapançadan atəş tək — tək açılır. Atəş açmaq üçün diametri 9mm olan adi və polad ürəkcikli gülləli patronlardan istfadə edilir.

Makarov PM
Makarov PM (1977)Makarov PM (1977)
Tipi özüdolan tapança
Ölkə
  •  SSRİ
İstismar tarixçəsi
İstismar illəri 1951 – indiyədək
İstismara başlanması 1951
İstismar edənlər Azərbaycan, Əfqanıstan, Çin, Rusiya, Ukrayna
İstifadə edilən döyüşlər
  • SSRİ–Əfqanıstan müharibəsi,
  • Macar inqilabı,
  • Çexoslavakiyaya qoşunların yeridilməsi (1968),
  • Vyetnam müharibəsi,
  • Suriyada vətəndaş müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Nikolay Makarov
(ing. Nikolay Makarov)
Yaranma tarixi 1949
İstehsalçı Izhevsk Mechanical Plant
İstehsal illəri 1951 – indiyədək
Xüsusiyyətləri
Ağırlığı Ağırlığı — 730q
Məsafə 50 m
Uzunluğu 161,5
Lülənin uzunluğu 93,5
Eni 29,4
Hündürlüyü 126
Kalibr 9
Effektiv məsafə 50 m
Nişangah çıxarıla bilən, açıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tapançada alman konstruksiyasından alınmış bir neçə yenilik var idi. Makarov xüsusilə atış vaxtı ləngimələri praktik olaraq tamamilə aradan qaldırmağı bacardı.

PM 1991-ci ildə SSRİ-nin dağılmasından sonra silahlı və təhlükəsizlik qüvvələrinin öhtəliyində qaldı. PM həmçinin öz sadəlik və etibarlılığının sayəsində keçmiş sosializm düşərgəsinin ölkələrində istifadə olunmağa davam edir. Hal-hazırda PM-in Rusiyada, Bolqarıstanda və Çində modifikasiya olunmuş versiyaları istehsal olunur.

ABŞ-də vətəndaş atıcı silah bazarında hər şeydən əvvəl müəyyən tələbatdan və yaxşı reputasiyadan özünümüdafiə silahı kimi tamamilə münasib etibarlılıq, kiçik qabaritləri və ucuzluğu ilə seçilən silahları istifadə edir. ABŞ-də silah həvəskarları arasında ən böyük tələbat daha yüksək emal keyfiyyətinə və istehsal materiallarına görə Almaniya Demokratik Respublikasının istehsalı olan Makarov tapançalarınadır.

Xarici keçidlər

redaktə
  Vikianbarda Makarov PM ilə əlaqəli mediafayllar var.
  • Makarov PM / PMM / Izh-70 / Izh-71 pistol (USSR/Russia)
  • Pistol Makarov 9 mm — Technical Data
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Makarov_PM&oldid=7030992"
LOVE.AZ