. Love.az

Maksim Averin - Wikipedia - Love.az

Ana Səhifə - Maksim Averin

Maksim Averin (28 noyabr 1985, Lvov) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi.[2]

Maksim Averin
Maksim Averin 2014-cü ildə
Maksim Averin 2014-cü ildə
Şəxsi məlumatlar
Tam adı Maksim Aleksandroviç Averin
Vətəndaşlığı Rusiya Rusiya →
Azərbaycan Azərbaycan
Doğum tarixi 28 noyabr 1985 (39 yaş)
Doğum yeri
  • Lvov, Lvov vilayəti, Ukrayna SSR, SSRİ[1]
Boyu 190 sm.
İdman növü Velosipedi idmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Maksim Averinin atası şosse velosipedi üzrə dəfələrlə SSRİ çempionu olan Aleksandr Averindir.[2]

2002-ci ildə Almaniyada gənclər arasında UEC Avropa Çempionatının bürünc medalına sahib olan Maksim Averin Rusiya yığmasının heyətində çıxış edən müddətdə beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atdı.

2014-cü ilin iyununda Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Maksim Averini Azərbaycan yığmasının heyətinə cəlb etdi. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qalibi oldu.

Maksim Averin 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.[2] Avqustun 6-da baş tutan fərdi turnirdə Maksim Averin finiş həddinə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.[3]

İstinadlar

redaktə
  1. ↑ Maksym Averin.
  2. ↑ 1 2 3 Olympedia.org. "MAKSİM AVERİN". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. ↑ Olympedia.org. "2016 Summer Olympics / Cycling / Road Race / Individual / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Maksim_Averin&oldid=8048378"
LOVE.AZ