. Love.az

Maksim Mofra - Wikipedia - Love.az

Ana Səhifə - Maksim Mofra

Maksim Mofra, əsl adı Maksimilian Emil Lui Mofra (fr. Maxime Maufra; 17 may 1861, Nant — 23 may 1918, Ponse-sür-le-Luar[ing.], departament Sarta) — fransız rəssam-impressionist.

Maksim Mofra
fr. Maxime Maufra
Doğum tarixi 17 may 1861(1861-05-17)[1][2][…]
Doğum yeri
  • Nant, Luar-Atlantik, Pei-de-la-Luar, Fransa metropoliyası, Fransa
Vəfat tarixi 23 may 1918(1918-05-23)[1][2][…] (57 yaşında)
Vəfat yeri
  • Ponse-sür-le-Luar[d]
Fəaliyyəti rəssam, qravüraçı[d], litoqraf, dizayner, qrafika ustası[d], incəsənət xadimi
Təhsili
  • Jorj Klemanso liseyi[d]
Janrlar Marina, peyzaj
Stil Pont-Aven məktəbi
Mükafatları "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 Qalereya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Bioqrafiyası

redaktə

Maksim Mofra , doğma şəhərindən olan iki rəssamların təsiri altında — Şarl və Alfred Ledük, 18 yaşında rəsm çəkməyə başladı. İlk olaraq həvəskar-rəssam kimi çıxış edirdi. Bir professional tacir kimi, 1884–1890-cı illərdə yalnız boş vaxtlarında rəsm çəkirdi. Bu illərdə, Mofra, impressionizm incəsənət cərəyanı ilə tanış oldu. 1890-cı ildə Mofra peşekar rəssam olmuşdur. Nant şəhərini tərk edərək Bretanda yaşamağa başlamışdır, burada Pol Qogen və Pol Serüzye ilə tanış olmuşdur. 1892-ci ildə Bretandan Parisə köçdükdən sonra, Mofra tanınmış Bato-Lavuar binasında məskunlaşan ilk rəssam idi. 1904-cü ildə bu binada Pablo Pikasso yaşamışdır. 1894-cü ildə Parisdə yerləşən Le-Bark-de-Butvil qalereyasında Mofranın ilk şəxsi sərgisi keçdi. 1896-cı ildə Mofra öz rəsm əsərlərini Paris salonunda sərgilədi.

Qalereya

redaktə
  •  
    Duarnene. Oktyabr mənzərəsi (1896)
  •  
    La-Roşel limanı. Toran
  •  
    Brüqdə körpü (1894)
  •  
    Dəniz (1907)
  •  
    Dənizkənarında bağ
  •  
    Peti-Andelidə kilsə (1902).

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Maxime Camille Louis Maufra (nid.).

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Maksim_Mofra&oldid=7125406"
LOVE.AZ