. Love.az

Maksim Musayev - Wikipedia - Love.az

Ana Səhifə - Maksim Musayev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Maksim Talıb oğlu Musayev (18 avqust 1938, Nərimanlı, Basarkeçər rayonu – 27 oktyabr 2021, Bakı) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995–2000).

Maksim Musayev
Xızı Rayon İcra Hakimiyyətinin başçısı
1991 – 11 sentyabr 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıFiruz Əhmədli
Azərbaycan Kommunist Partiyası Xızı Rayon Partiya Komitəsinin birinci katibi
1990 – 1991
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan Kommunist Partiyası Qax Rayon Partiya Komitəsinin birinci katibi
12 aprel 1982 – 1988
ƏvvəlkiSəfiyyə Dibirova
Şəxsi məlumatlar
Doğum tarixi 18 avqust 1938(1938-08-18)
Doğum yeri
  • Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 27 oktyabr 2021(2021-10-27) (83 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1960–1991)
Atası Talıb Musayev
Uşağı 3
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • kənd təsərrüfatı elmləri namizədi[d] (1970)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirmişdir. 1956–1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı olmuşdur. 1960–1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961–1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil almışdır.

1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləmişdir. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991–1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

"Heydər Əliyevin qayıdışı parlamentdə", "Milli Şura Parlamenti 1991–1992" və bir neçə başqa siyasi kitabların müəllifidir. "Şərəf nişanı" ordeni və bir neçə medalla təltif edilib. "Piterskie Azerbaydjantsi" ("Piter Azərbaycanlıları") qəzetinin təsisçisi və baş redaktorudur.

Ailəlidir, 3 övladı vardır.

1970-ci ildən kənd təsərrüfatı elmləri namizədi olub.

Maksim Musayev 27 oktyabr 2021-ci ildə ürəktutmadan dünyasını dəyişib.

Kitabları

redaktə

Maksim Musayev 12 dən çox kitabın müəllifidir:

  • "Heydər Əliyevin qayıdışı parlamentdə"
  • "Milli Şura Parlamenti 1991–1992"
  • "Parlamentlər və Kəndlilər 100 ildə (1905–2005)". Bakı-2008
  • "Azərbaycanları Deputatlar SSRİ Parlametində (1938–1988)"
  • "Mediada Düşüncələrim"
  • "Xızı XX əsrdə"
  • "Parlament fəsilləri və Bəxtiyar Vahabzadə"
  • "Atam Talıb Musayev"
  • "Ermənilər Amerikada"
  • "Parlament tribunası və Bülbülün səsi"
  • "Deputatın deduksiyası"
  • "Zahid Qaralov bələdiyyə qanunlarının yaradıcısıdır"

Mənbə

redaktə
  • "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Maksim Musayevin rəsmi səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Maksim_Musayev&oldid=7730179"
LOVE.AZ