Əməköməcikimilər (lat. Malvaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Əməköməcikimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Əməköməcikimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Birillik və çoxillik ot, kol, liana və ya ağaclardır. Yarpaqları növbəli, sadə dilimli və ya barmaqvarı-mürəkkəb, yarpaqaltlıqlıdır. Gövdə və yarpaqlarında səciyyəvi ulduzvarı tüklənmə, yerüstü zoğlarının toxumalarında selikli hüceyrələr var. Çiçəkləri iri və ya orta ölçülü, tək-tək, yaxud çiçək qruplarında toplanmışdır; çiçək tacı 5 ləçəkli, çox vaxt əlvan rənglidir; bəzi növlərinin ləçəkləri burulmuş şəkildədir. Sütuncuğu əhatə edən çoxsaylı erkəkcikləri boru şəklində bitişmişdir: yumurtalığı 5 və ya daha çox bitişmiş meyvə yarpaqcıqlarından ibarətdir. Meyvəsi yuvaların sayına görə ayrı-ayrı toxumlara bölünür (məs., əməköməci) və ya qutucuqdur (hibiskusda, pambıq kolunda və s.), bəzən giləmeyvədir (malvaviskus – Malvaviscus). Tropiklərdə xüsusilə çoxsaylı və müxtəlif olan 100 cinsdə birləşən 1200-ədək növü var; meşə, savanna, bataqlıq və dəniz sahillərində bitir.
Azərbaycanda 9 növü məlumdur. Əməköməcilər arasında lifli (pambıq kolu, kənaf, kəndirotu, sida və s.), tərəvəz (bamiyə), "içki" (hibiskus karkade), dərman (bəlğəmotu) bitkiləri var. Hibiskus, gülxətmi, əməköməci, lovatera və s. çox yayılmış bəzək bitkiləridir.