. Love.az

Maqda Sabo - Wikipedia - Love.az

Ana Səhifə - Maqda Sabo

Maqda Sabo (mac. Szabó Magda, 5 oktyabr 1917[1][2][…], Debretsen[3] – 19 noyabr 2007[4][1][…], Budapeşt[5]) - macar yazıçısı.

Maqda Sabo
Szabó Magda
Doğum tarixi 5 oktyabr 1917
Doğum yeri Macarıstan
Vəfat tarixi 19 noyabr 2007 (90 yaşında)
Vəfat yeri Macarıstan, Debres şəhəri
Dəfn yeri
  • Farkaşreti məzarlığı
Milliyyəti Macar
Təhsili
  • Debreçen Universiteti (–1940)
Fəaliyyəti tərcüməçi, ssenarist, şair, uşaq ədəbiyyatı yazıçısı, nasir, yazıçı, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1947-ci ildən
Əsərlərinin dili Macar dili
Janrlar roman, esse, hekayə
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 Mükafatları
  • 4 Kitabları
  • 5 Xarici keçidlər
  • 6 İstinadlar

Həyatı

redaktə

Maqda Sabo 5 oktyabr 1917-ci ildə Macarıstanın Debreçen şəhərində anadan olmuşdur. O 1940-cı ildə Debreçen Universitetinin "Latın və Macar dili" fakültəsini bitirmiş, eyni il Debreçendəki protestant qız məktəbində müəllimə kimi işləməyə başlamışdır. 1945-1949-cu illərdə Maqda Din və Təhsil nazirliyində çalışmışdır. Maqda Sabo 1947-ci ildə Tibor Sabotka adlı tərcüməçi ilə ailə həyatı qurmuşdur. O 19 noyabr 2007-ci ildə Budapeştdəki evində 90 yaşında vəfat etmişdir.

Əsərləri

redaktə

O, "Freska" və "Abigel" kimi məşhur romanların da müəllifidir. Onun ilk povesti "Freska" 1958-ci ildə işıq üzü görüb. Uzun illər onun əsərləri macar diktatoru Matyaş Rakoşi tərəfindən qadağan olunub. Yazıçının ilk kitabı "Quzu" 1947-ci ildə, ikinci kitabı "İnsana qayıdış" 1949-cu ildə nəşr olunubdur. Bu kitab "Baumgarten" mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə mükafat yazıçıdan geri alınıb.

Onun "Qapı" əsərini Ramil Səfərov Azərbaycan dilinə tərcümə etmişdir [6].

Mükafatları

redaktə

Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülüb və əsərləri 43 ölkədə nəşr olunub. Onun ikinci kitabı “İnsana qayıdış” “Baumgarten” mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə mükafat yazıçıdan geri alınıb. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" verilmişdir.

Kitabları

redaktə
  • "Quzu" 1947-ci il
  • "İnsana qayıdış" 1949-cu il

Xarici keçidlər

redaktə
  • http://www.dgtyb.org/news/1339.html Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine
  • http://kultaz.com/2007/11/20/meshur-yazici-maqda-sabo-vefat-edib/ Arxivləşdirilib 2008-08-27 at the Wayback Machine
  • Ramil Səfərovun macar dilindən çevirdiyi romanın təqdimatı olub Arxivləşdirilib 2011-03-12 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ Magda Szabó // filmportal.de. 2005.
  3. ↑ Blumesberger S. Szabó, Magda // Handbuch der österreichischen Kinder- und Jugendbuchautorinnen (alm.). 2014. Vol. 2. S. 1132–1133. ISBN 978-3-205-78552-1
  4. ↑ http://www.reuters.com/article/peopleNews/idUSL2015236920071120.
  5. ↑ Deutsche Nationalbibliothek Record #122066286 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. ↑ "Ramil Səfərovun macar dilindən Azərbaycan dilinə tərcümə etdiyi "Qapı" romanı təqdim olunub". 2019-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Maqda_Sabo&oldid=6668372"
LOVE.AZ