Maqsud Mahsudov (2 iyun 2007) — Azərbaycanı təmsil edərək 2019-cu ildə[1] və 2021-ci ildə[2] Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanan batut gimnastı.
Maqsud Mahsudov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 2 iyun 2007(2007-06-02) (17 yaş) |
İdman növü | gimnastika |
Maqsud Mahsudov 2 iyun 2007-ci ildə anadan olub.[3] 2017-ci ildə Azərbaycan birinciliyində 2-ci yeri tutub. 2018-ci ildə Batumidə keçirilən Beynəlxalq Turnirdə 3-cü yeri qazanmışdır.[4] 2019-cu ildə Vitebsk şəhərində Belarusun əməkdar məşqçisi Valeriy Vagelin xatirəsinə həsr olunmuş Belarus Açıq Çempionatında 3-cü yer,[5] Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında isə 1-ci yeri qazanmışdır.[1] 2021-ci ildə Belarusun Vitebsk şəhərində keçirilən "Belarus Kuboku"nda 3-cü yer,[6] Soçidə keçirilən Avropa Çempionatında 2-ci yer,[7] Azərbaycanın paytaxtı Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarında isə 1-ci yeri tutub.[2]
2022-ci ildə "Dutch Trampoline Open 2022" beynəlxalq turnirində 2-ci yer,[8] Azərbaycan Çempionatı və Birinciliyində 1-ci yer,[9] Riminidə keçirilən "Aere Trampoline Cup" beynəlxalq turnirində[10] və Avropa Çempionatında 1-ci yer,[11] Koimbrada keçirilən beynəlxalq turnirdə 1-ci yer, Arosada "Nissen Cup"da 1-ci yer, Birminhemdə keçirilən Böyük Britaniya çempionatı 1-ci yer,[12] Çex Respublikasında keçirilən "Friendship-2022" beynəlxalq turnirində 1-ci yer,[13][14] Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya yaş qrupları yarışlarında sinxron çıxışlarda 1-ci yer,[15] fərdi çıxışlarda isə 3-cü yeri tutub.[16]