Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. (avqust 2024) |
Marı dili (və ya Düzən-şərq marı dili) — fin-uqor dillərindən biri. marılar arasında, əsasən Marı El və Başqırdıstanda yayılıb. Ruslar XX əsrədək onların dilini yanlış olaraq "çeremis dili" adlandırırdılar.
Mari dili | |
---|---|
Ölkə | |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | kiril əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | мач 445 |
ISO 639-1 | — |
ISO 639-2 | chm |
ISO 639-3 | chm |
Ethnologue | chm |
Linguasphere | 41-AAC-a |
IETF | chm |
Glottolog | mari1278 |
![]() |
Fin-Perm dilləri qrupuna aiddir. Marı Eldən başqa Vyatka çayı sahillərində və Urala qədər ərazidə yayılıb, bir neçə dialekti vardır.
Düzən-şərq mari dili dağ marı dili ilə və rus dili ilə yanaşı Marı El Respublikasının dövlət dillərindən biridir[3].
Təqribi sayı 450 min nəfərdən çoxdur.
Marı dilinin əlifbası XVIII əsrin ortalarında yaranıb. İndiki əlifba bir qədər dəyişikliklərlə 1870-ci ildən istifadə edilir.
Marı dilində "Ончыко" ("İrəli"), "Пачемыш" ("Arı") jurnalları, "Кугарня" ("Cümə"), "Марий Эл", "Чолман" ("Kama") və "Морко мланде" ("Morka torpağı") qəzetləri çıxır.
2012-ci ildə ekranlara tam marı dilində çəkilmiş Rusiya istehsalı olan "Небесные жёны луговых мари" ("Luqovı marılarının səma arvadları") adlı film çıxdı.