. Love.az

Mariyana Mateus - Wikipedia - Love.az

Ana Səhifə - Mariyana Mateus

Mariyana Mateus (serb. Marijana Mateus / Маријана Матеус, Qızlıq soyadı Mariyana Çoliç, serb. Marijana Čolić; 27 sentyabr 1971) — Serbiyalı iş adamı, model, moda dizayneri, The Marijana Matthaeus Collection və Lux Uniforma markalarının təsisçisi və yaradıcı direktorudur.

Mariyana Mateus
Doğum tarixi 27 sentyabr 1971(1971-09-27) (53 yaş)
Həyat yoldaşları
  • Lotar Matteus (2003–2009)
Fəaliyyəti avtobioqraf[d], sosial fiqur[d], model[d], dəb dizayneri

Mündəricat

  • 1 Bioqrafiya
  • 2 Şəxsi həyatı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Bioqrafiya

redaktə

Uşaq vaxtı Mariyana və anası dəfələrlə Belqradda moda nümayişlərini ziyarət etmişdi. 1990-cı ildə "Obuća Metro" şirkətini açaraq ayaqqabı satışına başladı və 1996-cı ilə qədər bura rəhbərlik etmişdi.[1] 1999-cu ildə Nyu-Yorkda Labin Biznes Məktəbini bitirmişdir və həmçinin sertifikatlaşdırılmış müəllimdir (bakalavr). 2003-cü ildə ilk moda mağazasını Budapeştdə, 2007-ci ildə Salzburqda açdı. 2006-cı ildə, model olaraq, Dünya Kuboku ərəfəsində Samsung reklam kampaniyasının üzü oldu.[2] 2009-cu ildə Mariyana, Mariyana Class (indi Mariyana Matteus Koleksiyası) moda etiketini təsis etdi və eyni il Belqrad Moda Həftəsi zamanı moda nümayişi etdi. 1 iyun 2010-cu ildə çimərlik paltarları kolleksiyasını təqdim etdi , Serbiya milli gözəllik yarışlarının ulduzları şouda iştirak etmişdi. [3] 2010-cu ildən bəri Mariyana, Lux Uniforms, biznes kostyum markası və üst geyim markası olan Andaj şirkətinin sahibidir. 17 Mart 2011-ci ildə Mariyana Belqradda Moskva otelində "I Am Mariana" adı altında moda nümayişi təşkil etdi.[4] Həmin ilin sentyabr ayında isə Black & White World kolleksiyası nümayiş olundu.[5] 2012-ci ilin may və dekabr aylarında Novi Sad, Serbiya Xalq Teatr binasında, Flora Moda Kolleksiyası nümayiş olundu , sonra Belqradda Moskva otelində Allure Barok adı altında təqdimat baş tutdu.[6]

Şəxsi həyatı

redaktə

İki dəfə ailə həyatı qurmuş, ilk evliliyindən 3 uşağı var. O, London, Budapeşt və Belqradda mənzillərə malikdir. Serb, ingilis, italyan, macar və alman dilində sərbəstdir. Ehtiyacı olan qadın və uşaqları dəstəkləmək üçün çoxsaylı xeyriyyə təşəbbüsləri ilə tanınır.[7]

İstinadlar

redaktə
  1. ↑ "Obuća Metro". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  2. ↑ "Marijana reklamira 'Samsung'". 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  3. ↑ B., E. (27 May 2010).. "Marijana Mateus kreira kupaće kostime" Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine(in Serbian). Retrieved 28 October 2011.
  4. ↑ Marijana Mateus kreira kupaće kostime Arxivləşdirilib 2019-04-06 at the Wayback MachineMondo. 17 March 2011. Retrieved 5 February 2013.
  5. ↑ Crno-beli svet Marijane Mateus Arxivləşdirilib 2016-03-04 at the Wayback MachineStory (21 September 2011).
  6. ↑ "SPEKTAKL U NOVOM SADU: MARIJANA MATEUS U CARSTVU CVEĆA". 2012-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  7. ↑ Karanović, Zorica (10 April 2008)."Marijana Mateus: Žena koja živi kako želi" Arxivləşdirilib 2019-04-06 at the Wayback MachinePuls (in Serbian). Retrieved 28 October 2011.

Xarici keçidlər

redaktə
  • Official website Arxivləşdirilib 2019-05-16 at the Wayback Machine
  • Lux Uniforms
  • Andaj
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mariyana_Mateus&oldid=6668548"
LOVE.AZ