. Love.az

Mark Antokolski - Wikipedia - Love.az

Ana Səhifə - Mark Antokolski

Mark Antokolski (rus. Антокольский, Марк Матвеевич; 2 (14) noyabr 1840, Vilnüs[2] – 26 iyun (9 iyul) 1902[1], Bad-Xomburq[d], Hessen[3][1][…]) — rus heykəltaraş. 1871-ci ildən akademik.

Mark Antokolski
rus. Марк Антокольский
Doğum tarixi 2 (14) noyabr 1840
Doğum yeri
  • Vilnüs, Vilen quberniyası[d], Rusiya imperiyası[2]
Vəfat tarixi 26 iyun (9 iyul) 1902[1] (61 yaşında)
Vəfat yeri
  • Bad-Xomburq[d], Yuxarı Taunus[d], Darmştadt[d], Hessen, Almaniya Federativ Respublikası[3][1][…]
Dəfn yeri
  • Preobrajenskoye yəhudi qəbiristanlığı[d]
Fəaliyyəti heykəltaraş
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası
Üzvlüyü
  • Təsviri Sənət Akademiyası
Mükafatları "Fəxri legion" ordeni kavaleri (Fransa)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1862-1866-cı illərdə Sankt-peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır. Realist sənətkar kimi yetişməsində İ.Y.Repin, V.V.Stasov və İ.N.Kramskoyun təsiri olmuşdur. 1871-ci ildən İtaliyada, 1877-ci ildən Parisdə yaşamışdır. Yaradıcılığının ilk illərində yəhudi məhəlləsindən seçdiyi tipajların obrazlarını incə yumorla Dərzi (1864) və Xəsis (1865) əsərlərində yaratmışdır. Milli-tarixi mövzularda yaratdığı əsərlər Antokolskinın yaradıcılığında əhəmiyyətli yer tutur. Obrazın psixoloji aləminə dərin nüfuz, tarixi detalların düzgün əksi onun İvan Qroznı (1871), I Pyotr (1872) əsərlərində daha qabarıqdır. Yaradıcılığının sonrakı dövrlərində əsərlərini psixoloji səpkidə işləmişdir. Mark Antokolski eyni zamanda bir çox qəbirüstü abidələrin müəllifidir.

  Vikianbarda Mark Antokolski ilə əlaqəli mediafayllar var.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 RKDartists (nid.).
  2. ↑ 1 2 Антокольский Марк Матвеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.

Mənbə

redaktə
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 533. ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mark_Antokolski&oldid=7031565"
LOVE.AZ