Marka albomu – poçt markası kolleksiyasını saxlamaq və nümayiş etdirmək üçün istifadə olunan kitab.
İlk marka albomları 1862-ci ildə Paris şəhərində Castin Lallier tərəfindən buraxılmışdır.[1] Rusiya imperiyasında ilk poçt markası 1866-cı ildə təqdim olunmuşdur.[2] İngiltərədə ilk poçt markası albomu isə Edvard Opper tərəfindən buraxılmışdır.[3]
Tipik marka albomu ölkə adlarının yazıldığı vərəqlərdən ibarət olur; markaları buraxılış tarixi üzrə yerləşdirmək üçün müəyyən olunmuş yerlər qoyulur. Əhatəli "dünyəvi" marka albomları 30 və ya daha artıq cilddən ibarət olur və 100.000-dən çox marka saxlamaq üçün yerə malikdir. Lakin kolleksiyaçıların çoxu daha kiçik, daha yığcam albomlardan istifadə edir. Boş albomlar isə heç bir yazının olmadığı, folio-vərəqlərdən ibarət albomlardır. Bu albomlar kolleksiyasını istədiyi kimi düzmək istəyən kolleksiyaçılar üçün nəzərdə tutulub.[1]
Markaları albomda yerləşdirmək üçün xüsusi yapışdırıcı materialdan istifadə olunur. Beləcə, markanı albomdan ayırand marka zədələnmir. Şəffaf plastik boşluqları olan albomlarda isə markanı yapışdırmağa ehtiyac yoxdur.[1]
Vikianbarda Marka albomu ilə əlaqəli mediafayllar var. |