Marqaret Levi (ing. Margaret Levi; 5 mart 1947) — Amerika siyasi alimi və yazıçısı. Levi müqayisəli siyasi iqtisadiyyat, əmək siyasəti və demokratik nəzəriyyə sahəsindəki işi, xüsusilə etibarlı hökumətin mənşəyi və təsirləri ilə tanınır.
Marqaret Levi | |
---|---|
ing. Margaret Levi | |
![]() | |
Doğum tarixi | 5 mart 1947(1947-03-05) (78 yaş) |
Elm sahəsi | politologiya[1] |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
profiles.stanford.edu/ma… | |
![]() |
Margaret Levi 1968-ci ildə Brin Mar Kollecində siyasi elmlər üzrə bakalavr dərəcəsi almışdır. Brin Marda olarkən onu siyasi elmlərlə məşğul olmağa Elis Frey Emerson, Pol Brass və Piter Baxrax təşviq etmişdir.[4] 1967-ci ildə o, Suortmor Kollecində dərs almış və orada Piter Katsenşteyn və Devid Leytin ilə birlikdə oxumuşdur. Hər iki tələbə gələcəkdə tanınmış siyasi alimlər olmuşdur.[5]
Marqaret Harvard Dizayn Məktəbində şəhər və regional planlaşdırma üzrə doktorantura təhsilinə başlamışdır. Lakin bu təhsilini yarımçıq qoymuş və daha sonra Harvard Universitetinə qayıdaraq siyasi elmlər üzrə doktorantura təhsili almışdır.[5][6][7] Onun siyasi elmlər sahəsindəki tədqiqatlarına Maykl Lipski, Robert Foqelson və Edvard Benfild təsir göstərmişdir.
Margaret Levi 1974-cü ildə Harvard Universitetində doktorantura təhsilini başa vurduqdan sonra Vaşinqton Universitetinin (UW) professor heyətinə qoşulmuşdur.[8][9] Onun ilkin tədqiqatları şəhər siyasətinə yönəlmişdir. Vaşinqton Universitetində bir neçə il ərzində Duqlas Nort ilə birlikdə dərslər keçmişdir.
Marqaret Levi 2001-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü, 2002-ci ildə Con Saymon Quqqenhaym Təqaüdçüsü, 2015-ci ildə isə Milli Elmlər Akademiyasının üzvü olmuşdur.[10] 2004-2005-ci illərdə Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti vəzifəsində çalışmışdır.
2014-cü ildə o, siyasi elmlər sahəsində Uilyam Rayker mükafatına layiq görülmüşdür.[11][12] 2017-ci ildə Amerika Siyasi və Sosial Elmlər Akademiyasının üzvü seçilmişdir. 2018-ci ildə Amerika Fəlsəfi Cəmiyyətinin, 2022-ci ildə isə Britaniya Akademiyasının üzvü seçilmişdir.
Levi 2019-cu ildə Yohan Skaytte mükafatını qazanmışdır. 2020-ci ildə onun "icma taleyi" (community fate) ideyaları sosial elmlər və humanitar sahələr üzrə Falling Walls Breakthrough of the Year mükafatına layiq görülmüşdür.[13] 2019-cu ildə III Karl adına Madrid Universiteti ona fəxri doktor dərəcəsi vermişdir.[14]