. Love.az

Marta Pacnini - Wikipedia - Love.az

Ana Səhifə - Marta Pacnini

Marta Pacnini (d. 21 yanvar 1991) — İtaliyanı təmsil edən bədii gimnast. Marta Pacnini 2012 və 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; 2012-ci ildə bürünc medala layiq görüldü. Pacnini həm də Dünya Çempionatlarının 2 qızıl və 6 gümüş medalını qazanıb.

Marta Pacnini
Şəxsi məlumatlar
Vətəndaşlığı İtaliya İtaliya
Doğum tarixi 21 yanvar 1991 (34 yaş)
Doğum yeri
  • Florensiya, İtaliya
Boyu 175 sm
Çəkisi 56 kq
İdman növü Bədii gimnastika
Medallar
Olimpiya Oyunları
Bürünc 2012 London Çoxnövçülük
Dünya Çempionatı
Qızıl 2011 Monpelye Çoxnövçülük
Gümüş 2011 Monpelye 5 top
Gümüş 2011 Monpelye 3 lent/2 həlqə
Gümüş 2013 Kiyev Çoxnövçülük
Gümüş 2013 Kiyev 10 gürz
Gümüş 2014 İzmir Çoxnövçülük
Qızıl 2015 Ştutqart 5 lent
Gümüş 2015 Ştutqart 6 gürz/2 həlqə
Avropa Çempionatı
Bürünc 2012 Nijni-Novqorod Çoxnövçülük
Bürünc 2012 Nijni-Novqorod 3 lent/2 həlqə
Gümüş 2014 Bakı Çoxnövçülük
19 oktyabr 2016 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Marta Pacnini birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 55.450 xal topladı 3-cü yeri tutaraq bürünc medal qazandı.

Marta Pacnini 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Marta_Pacnini&oldid=7760770"
LOVE.AZ