Masaki Murata (村田 聖樹, Murata Masaki?, 29 avqust 1999[1], Kavasaki[d], Kanaqava prefekturası[1]) – Danimarkanın "Vayle" klubunda oynayan yapon futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.
Masaki Murata | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
yap. 村田聖樹 | |||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 29 avqust 1999(1999-08-29)[1] (25 yaş) | ||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm | ||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 68 kq | ||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
Masaki Murata Yaponiyanın "Frontale" klubunun yetirməsidir.[2] O, Almaniyada "Ginshaym" və "Bayern Altsenau" klublarında çıxış etdikdən sonra ölkəsində "İtuano" klubunda oynamışdır.[2]
Murata 2021-ci ilin iyul ayında Latviyanın "Valmiera" klubunda çıxış etməyə başlamışdır.[2] O, Latviya klubunda 48 oyuna 4 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdir.[2] 2022-ci ildə "Valmiera" ilə Latviya çempionu olmuşdur.[2] Klubla UEFA Konfrans Liqasında "Şkendiya" klubuna qarşı iki oyunda çıxış etmiş, bir qol vurmuşdur.[3]
2023-cü ilin yanvarında Azərbaycanın "Sumqayıt" klubu ilə 1,5 illik müqavilə bağlamış və klubun ilk yaponiyalı futbolçusu olmuşdur.[2] 25 yanvar 2023-cü ildə "Zirə"yə qarşı baş tutmuş oyunda debüt etmişdir.[4] O, klubdakı karyerası ərzində 54 oyuna çıxmış, 1 qol vurub 3 məhsuldar ötürmə vermişdir.[5] Klubdakı ilk və yeganə qolunu 11 noyabr 2023-cü ildə "Neftçi" ilə oyunda atmışdır.[6] 2024-cü ilin iyulunda Danimarkanın "Vayle" klubu ilə 3 illik müqavilə bağlamışdır.[5]
Murata Yaponiyanın U-17 yığmasında çıxış etmişdir.[2]