Matiene, Matiane, Mantiene və ya Mantiane — Güney Azərbaycanın[1][2] qərbində ərazi adı. Herodot, Polibi, Strabon, Böyük Plini və Ptolemy də daxil olmaqla qədim müəlliflər Midiyanın (Medianın) şimal-qərbində yerləşən bir bölgəni təyin etmək üçün Matiene, Matiana, Mantiane, Martiane kimi adları qeyd etmişlər.[3][4]
Matiena adı 800 il əvvəl Hurri əhalisini idarə edən Mitanni ilə əlaqələndirən alimlər var.[5] Matiena adı burada yaşayan matienlər tayfasının adından qaynaqlanır. Bundan başqa Matiana (Mantiana) gölü (indiki Urmiya gölü), Matiena dağı da matienlərin adına əsaslanır.
Matiena Əhəmənilər dövlətinin tərkibində qeyd olunur. Saspirlər və Alarodilər tayfaları matienlər ilə birlikdə Əhəmənlər İmperiyasının XVIII satrapyasının bir hissəsi idi.