Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Mavi Beret — müxtəlif dövlətlərdə qoşun növlərinin taxdığı baş geyimidir. Bu qoşunlar sülhü bərpa etmək üçün mövcuddur. Bir sıra dövlətlərin göy beretliləri :
Azərbaycan Ordusu - I Qarabağ Müharibəsi zamanı Xüsusi Kəşfiyyat qrupu bu baş geyimindən istifadə edirdilər. Hal-hazırda isə bu baş geyimindən Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir.
ABŞ Ordusu - Birləşmiş Ştatlar Hava Təhlükəsizlik Qüvvələri.
Belarus Ordusu - Mobil Qüvvələr.
BMT - Birləşmiş Millətlər Təşkilatının Sülhü qoruyan qoşunu.
Türkiyə Ordusu - Jandarma (Türkiyə) qrumunun Dağ komando birlikləri.Dağ və Komando birlikləri ilə yanaşı Paraşütçü Komando birlikləri,Quru Qüvvələri Komandirliyi tabeçiliyində təşkilatlandırılmış birliklərdir. Jandarma Komando birliklərindən fərqli olaraq; sahələrinə görə paraşüt, alpinistlik, yaxın döyüş təhsili almış xüsusi piyada əsgərləridir. Bu əsgərlərin prioritetli vəzifəsi düşmən xəttinin gerisində olan strateji hədəflərin təsbit edilərək məhvidir.
Yunanıstan Ordusu - "Evzones" Yunan Prezidentinin Qvardiyası bu baş geyimindən istifadə edirlər.
Rus Ordusu - Rusiyanın Bort Qoşunu (Xüsusi Təyinatlı Paraşütçü-Desant Qoşunları)və Rusiya Müdafiə Nazirliyinin Tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə bu baş geyimindən istifadə edirlər.
Ukrayna Ordusu - Xüsusi Paraşüt-Desant Qoşun Birləşmələri.
Qazaxıstan Ordusu - Aeromobil Qoşunu.
Civil Air Patrol - Milli Göy Beretin diplomlu mütəxəssisləri olan Vətəndaş Hava Patrul Üzvləri.
Vikianbarda Mavi beret ilə əlaqəli mediafayllar var. |