Mikayella Medison Rozberq (ing. Mikaela Madison Rosberg; 25 mart 1999, Los-Anceles, Kaliforniya[1]) — ABŞ aktrisası.
Mayki Medison | |
---|---|
ing. Mikey Madison | |
![]() Medison 2024-cü ildə | |
Doğum tarixi | 25 mart 1999(1999-03-25) (26 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | televiziya aktrisası, kino aktrisası, aktrisa, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 2013-cü ildən |
Mükafatları |
![]() |
![]() |
Əslən yəhudidir.[2] Medison Kaliforniyanın Los-Anceles şəhərindəndir və San Fernando vadisində böyüyüb.[2] Hər iki valideyni psixoloqdur və onun iki qardaşı (bir dənəsi əkiz) və iki bacısı var.[3][4] Medison 14 yaşında aktrisalığa başlamazdan əvvəl at yarışı üzrə təlim almışdır. O, yeddinci sinifdən sonra evdə təhsil almağa davam etmişdir.[2][5]
2024-cü ilin oktyabr ayından etibarən Medison Los-Ancelesin Lorel Kanyon məhəlləsində yaşayır.[6] Onun Biskvit adında bir pişiyi və Cem adında bir iti var.[5]
Bu siyahı natamamdır; çatışmayan əlavələri edərək kömək edə bilərsiniz. |