Mayor sinaqoqu və ya Mayorka sinaqoqu[1] (ivr. בית הכנסת מאיור) — Türkiyə, İstanbul, Bəyoğlunun Hasköy səmtində yerləşən keçmiş yəhudi icması və sinaqoqdur. XIX əsrdə tamamlanan binadan 1923-cü ilə qədər sinaqoq kimi istifadə edilmişdir.
İudaizm | |
Mayor sinaqoqu | |
---|---|
ivr. בית הכנסת מאיור | |
![]() | |
![]() | |
Din | |
Ləğvi | 1923 |
Statusu | fəaliyyətsiz |
Yerləşməsi | |
Ölkə |
![]() |
Şəhər | İstanbul, Bəyoğlu, Hasköy |
Memarlıq | |
Üslubu | Bizans memarlığı |
Materialı | daş |
![]() |
Tarixçi Lorans Tanatar Baruhun sözlərinə görə, sinaqoq Bizans dövründə tikilib və ətrafdakı ən böyük sinaqoq olduğuna görə Mayor adlandırılıb.[2] Başqa bir tarixçi isə sinaqoqun 300-500 il əvvəl Mayorkadan olan yəhudilər tərəfindən tikildiyini iddia edir.[2][3]
Sinaqoq binası hazırda anbar, emalatxana və bilyard salonu kimi istifadə olunur. 2009-cu ilin sentyabrında rəssam Serj Spitzer "Molekular Istanbul” instalyasiyası üçün bu yeri seçib.[3][4]