. Love.az

Mediawiki - Wikipedia - Love.az

Ana Səhifə - Mediawiki
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

MediaWiki proqramı — Vikipediyanın yaradılması və idarə olunması üçün proqram mexanizmidir. Alman tələbəsi Manqus Manke tərəfindən xüsusi olaraq Vikipediya üçün yazılmışdır. Əvvəl Perl dilində yazılmış UseModWiki proqramı istifadə edilirdisə, sonralar proqramın PHP dilində yazılması qərara alınır və MediaWiki adlandırılır. "MediaWiki" sözü multimedia və wiki sözlərindən yaranmışdır. "MediaWiki" sözünü "WikiMedia" sözü ilə qarışdırmaq olmaz.

MediaWiki
Loqonun şəkli
Tipi Viki proqram təminatı
Tərtibatçı Vikimedia Fondu
Repozitoriya gerrit.wikimedia.org/g/m…
Proqramlaşdırma dili PHP[2], JavaScript
Əməliyyat sistemi çarpaz platformalı[d][3]
İnterfeysin dili Afar dili[4], Arbereş dialekti[4], Abxaz dili[4], Açe dili[4], Ərəb dilinin İraq dialekti[4], Aşağı Adıqca[4], Afrikaans[4], Gheg[4], Altay dili[4], amhar dili[4], Araqon dili[4], Köhnə ingilis dili[4], Levant Ərəbcəsi[4], ərəb dili[4], Arami dili[4], Mapuçe dili[4], Ərəb dilinin Əlcəzair dialekti[4], Ərəb dilinin Misir dialekti[4], Assam dili[4], Asturiya dili[4], Avar dili[4], Kotava[4], Aymara dili[4], Azərbaycan dili[4], Başqırd dili[4], Bavariya dialekti[4], Belarus dili[4], bolqar dili[4], Bislama[4], Bancar dili[4], Bambara dili[4], Benqal dili[4], Tibet dili[4], Bişnupriya-manipuri[4], Bəxtiyari dialekti[4], Breton dili[4], Brahui dili[4], Bosniya dili[4], Bugi dili[4], Buryat dili[4]
Yayımlanma tarixi 25 yanvar 2002
Platforma çarpaz platformalı[d][3]
Sonuncu versiya
  • 1.43.1[1]
Sayt mediawiki.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 CMS MediaWiki üçün proqram təminatları
  • 2 CMS MediaWiki proqramının əsas təyinatı
  • 3 MediaWiki sisteminin üstünlüyü və mənfi amillər
  • 4 Mənbə
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

CMS MediaWiki üçün proqram təminatları

redaktə

CMS MediaWiki azad proqramdır və bu proqramdan istifadə edərək İnternet məkanında veb-səhifələr yaradılır. CMS istifadəçi ilə veb-sayt arasında qarşılıqlı əlaqə texnologiyasıdır və informasiyanın kollektiv işlənməsi, saxlanması, strukturlaşdırılmasını nəzərdə tutur. CMS MediaWiki sistemi üçün nəzərdə tutulan proqram təminatları:

  • Veb-serverlər – Apache və ya IIS
  • PHP-nin 5.0 və yuxarı versiyalar
  • VB serveri – My SQL 4.0 verilənlər bazasının idarəetmə sistemləri (VBİS) və yuxarı versiyalar
  • Postgru SQL 8.1 və yuxarı versiyalar.

Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün Ocaml dilindən istifadə olunur ki, bunun üçün də serverə LaTeX, Dvips və İmageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız MediaWiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin (MySQL) və ya PHP PgAdmin (Postgres) proqramlarından istifadə edilir.

CMS MediaWiki proqramının əsas təyinatı

redaktə

CMS MediaWiki proqramının əsas təyinatı veb-səhifələrin idarə olunmasıdır. MediaWiki veb-saytlarla yanaşı şəkil və multimediya faylları ilə də işləyir. Proqram böyük serverlər qrupu üçün nəzərdə tutulmuşdur. Həddən artıq çox istifadəçilərilər və böyük viki-saytlarda MediaWiki keşləmə əməliyyatını dəstəkləyir və Squid proksi-serverdən istifadə edir.

Qeyd: Keşləmə, tələb olunma ehtimalı daha çox olan informasiyaların sürətlərinin çıxarılması və xüsusi qovluqlarda yaddaşda saxlanması deməkdir.

Əgər ilk vaxtlar CMS MediaWiki yalnız Vikipediya üçün nəzərdə tutulmuşdursa, sonralar bu sistem GNU lisenziyası əsasında Wikimedia Foundation Inc. (http://wikimediafoundation.org) qeyri-hökumət təşkilatı tərəfindən müxtəlif layihələrin və saytların yaradılmasında istifadə olunmağa başlayır.

MediaWiki sisteminin üstünlüyü və mənfi amillər

redaktə

Açıq redaktə imkanına malik olma MediaWiki sisteminin əsas üstünlüyü olub, digər layihələrin də yaradılmasında ondan istifadə olunmasına haqq verir. Lakin, sistemin imkanları digər mənfi amillərin ortaya çıxmasına şərait yaradır:

  • veb-səhifələrə müraciətin hər hansı mürəkkəb məhdudiyyət mexanizminin olmaması;
  • MediaWiki əsasında yaradılmış səhifələrdə hədsiz dərəcədə çox hiperistinadların olması və bu istinadların bir hissəsinin tam olmayan və ya ümumiyyətlə mövcud olmayan səhifələrə aid olması;
  • istifadəçilərə redaktə azadlığı verən layihələrdə müəyyən qarışıqlığın olması və sistemliliyin pozulma hallarına rast gəlinməsi.

Mənbə

redaktə
  • İNTERNETDƏ KOLLEKTİV BİLİK VƏ VIKI TEXNOLOGIYASI, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü R.M. Əliquliyev, sektor müdirləri, İ.Y. Ələkbərova, R.T. Qasımova. İT Maqazim (İnformasiya-Kommunikasiya Texnologiyaları Jurnalı), 02(53)-2008, səh. 5-7.

Həmçinin bax

redaktə
  • Vikipediya
  • İnternet
  • Viki

İstinadlar

redaktə
  1. ↑ Security and maintenance release: 1.39.12 / 1.42.6 / 1.43.1. 2025.
  2. ↑ The mediawiki Open Source Project on Open Hub: Languages Page. 2006.
  3. ↑ 1 2 Release Notes.
  4. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 https://gerrit.wikimedia.org/r/plugins/gitiles/mediawiki/core/+/refs/heads/master/includes/languages/data/Names.php.

Xarici keçidlər

redaktə
  • http://www.mediawiki.org
  • http://wikimediafoundation.org
İnternet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=MediaWiki&oldid=8094254"
LOVE.AZ