Dama Marqaret Natali (Meggi) Smit (ing. Margaret Natalie «Maggie» Smith, 28 dekabr 1934[1][2][…], İlford[d][8][9][…] – 27 sentyabr 2024[3][4]) — britaniyalı aktrisa. Komediya və dram filmlərində öz xasiyyətli rolları ilə tanınır. O, 70 il ərzində səhnələrdə və ekranlarda çalışıb və Britaniyanın ən tanınan və məhsuldar aktrisalarından biri olub.[11]
Meggi Smit | |
---|---|
![]() | |
Doğum adı | Margaret Natalie Smith[7][4] |
Doğum tarixi | 28 dekabr 1934(1934-12-28)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 sentyabr 2024(2024-09-27)[3][4] (89 yaşında) |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1955–2024 |
Boyu | 1,65 m[10] |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
IMDb | ID0001749 |
![]() |
Yeddi dəfə "BAFTA" mükafatının, iki dəfə isə "Oskar" mükafatının (1970, 1979) qalibi. 4 dəfə "Emmi" mükafatını qazanıb (2003, 2011, 2012, 2016). Harri Potter filmlər seriyasında Minerva Makqonaqall və Daunton Abbatlığı teleserialında Vayolet Krouli rollarına görə dünyada daha çox tanınır. 27 sentyabr 2024-cü ildə vəfat edib.[12]
Marqaret Natali Smit 28 dekabr 1934-cü ildə[13][14] Esseksin İlford şəhərində anadan olub.[15][16][17][18] Atası Nataniel Smit (1902-1991) Oksford Universitetinin professoru idi, anası Marqaret Hatton (1896-1977) Qlazqoda katibə işləyib.[19][20][21][22] O, Oksfordda oxuyub, oradada ilk dəfə səhnədə çıxış edib. Onun ilk peşəkar teatr rolu 1952-ci ildə On ikinci gecədəki[ing.] Vayola rolu olub.
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |