. Love.az

Mehdi Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Mehdi Quliyev

Quliyev Mehdi Nadir oğlu — Sovet İttifaqı Qəhrəmanı[1].

Quliyev Mehdi
Quliyev Mehdi Nadir oğlu
Doğum tarixi 5 may 1923
Doğum yeri Heriknaz, Gədəbəy, Azərbaycan SSR
Vəfat tarixi 26 yanvar 1976 (52 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Dəfn yeri Bakı şəhəri, 2-ci Fəxri Xiyaban
Atası Quliyev Nadir
Milliyyəti azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni

Həyatı

redaktə

Quliyev Mehdi Nadir oğlu 5 may 1923-cü ildə Gədəbəy rayonunun Heriknaz kəndində anadan olub. 26 yanvar 1976-cı ildə Bakı şəhərində vəfat edib.

M. Quliyev 1942-ci ildə Sovet Ordusu sıralarına çağrılmışdır.

Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əsgər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə 17 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibədən sonra Polis (milis) polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İdarədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2-ci dərəcəli Vətən müharibəsi, 2 Qirmizi Ulduz ordenləri və medallara təltif olunmuşdur.[2]

İstinadlar

redaktə
  1. ↑ "Кулиев Мехти Нодерович". 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-09.
  2. ↑ "Gədəbəy Rayonundan olan görkəmli şəxslər haqqında". 2010-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-09.

Xarici keçidlər

redaktə
  • 9may.az. Qəhrəmanlar. Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehdi_Quliyev&oldid=7998283"
LOVE.AZ