. Love.az

Mehman Elekberov - Wikipedia - Love.az

Ana Səhifə - Mehman Elekberov

Mehman Ələkbərov (tam adı: Mehman Ələkbər oğlu Ələkbərov; 6 oktyabr 1957[1], Kirovabad – 4 iyun 1993, Gəncə) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Gəncə Batalyonu komandiri. 4 iyun Gəncə qiyamının şəhidi.[2]

Mehman Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 6 oktyabr 1957
Doğum yeri Gəncə, Azərbaycan SSR
Vəfat tarixi 4 iyun 1993 (35 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Dəfn yeri
  • Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlığı
  •  Azərbaycan
Atası Ələkbər Ələkbərov
Təhsili
  • Gəncə Dövlət Universiteti
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi,
  • 4 iyun Gəncə qiyamı

Mündəricat

  • 1 Həyatı və hərbi fəaliyyəti
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı və hərbi fəaliyyəti

redaktə

Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini,[2] sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.[3]

1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov[3] batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir.[2]

Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasapet, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanmışdır.[2]

 
Mehman Ələkbərovun qəbri

Mehman Ələkbərov 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən güllələnərək öldürülmüşdür. 18 güllə yarası almış komandir 35 yaşında yerindəcə həlak olmuşdu.[2]

İstinadlar

redaktə
  1. ↑ https://1.bp.blogspot.com/-s5lnABX9NtU/VZgLB6kkU3I/AAAAAAAAAHw/Je2BEgEsGTE/s1600/mehman.jpg.
  2. ↑ 1 2 3 4 5 vetenperver.net. "GƏNCƏ BATALYONUN ƏFSANƏVİ KOMANDİRİ MEHMAN ƏLƏKBƏROV KİM OLUB ?" (az.). ANAR MƏMƏDXANOV. 1 yanvar, 2013. 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.
  3. ↑ 1 2 www.bizimyol.info. "Gəncə batalyonunun "Malış" ləqəbli döyüşçüsünün həyat hekayəsi" (az.). Nofəl Salmanov. 12/12/2015. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.

Həmçinin bax

redaktə
  • Həsənqaya əməliyyatı
  • Birinci Qarabağ müharibəsi

Xarici keçidlər

redaktə
  • Ermənilərin itkin saydığı "Arabo"nu darmadağın edənlər… — Əfsanəvi "Gəncə" batalyonunun GİZLİNLƏRİ
  • 124 nəfərlik "Arabo" batalyonunun məhvi — 15 yaşlı kəşfiyyatçı danışır
  • Gəncə qiyamını doğuran səbəblər nə idi?
  • "Qarabağ savaşında unudulmuş qəhrəmanımız ermənilərin "Arabo" taborunu Çingiz xan taktikası ilə darmadağın edib" — MÜSAHİBƏ
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehman_Ələkbərov&oldid=8083293"
LOVE.AZ