Abdullayev Mehman Qəhrəman oğlu (2 fevral 1958, Göyçay) — Azərbaycan tarixçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri.
Mehman Abdullayev | |
---|---|
Mehman Qəhrəman oğlu Abdullayev | |
Doğum tarixi | (67 yaş) |
Doğum yeri | Göyçay, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | tarix elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Bakı Dövlət Universitetinin Tarix fakültəsi Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası |
Mehman Abdullayev 2 fevral 1958-ci ildə Göyçay şəhərində anadan olub. Ağdaş kənd təsərrüfatı texnikumunda müəllim və fənn komissiyasının sədri (1980–1985), BDU-nun Tarix fakültəsinin "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasında laborant (1985), baş laborant (1987), müəllim (1990), baş müəllim (1993), dosent (1996), BDU-nun Tarix fakültəsinin "Azərbaycan tarixi" (təbiət fakültələri üzrə) kafedrasında müdir əvəzi (2004–2006), müdir (2006-hal hazırda) vəzifələrində işləyib. "Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər" mövzusunda dərs deyir.
30 məqalə, 1 monoqrafiya, 8 kitabın müəllifidir.