Bu səhifənin düzgün adlandırılmaması və ya Azərbaycan dilində olmadığı, adın Azərbaycan dilinə düzgün tərcümə (transliterasiya) edilmədiyi və ya adlandırmada orfoqrafik səhvə yol verildiyi ilə bağlı şübhələr var. Bununla bağlı öz fikirlərinizi məqalənin müzakirə səhifəsində bildirin. Düzəliş etdikdən sonra bu şablonu məqalədən götürməyi unutmayın. |
Mehmanxana, hotel (fr. hôtel) və ya otel — Başqa yerdən gələn yolçuların, qonaqların və turistlərin müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan bina və ya obyekt.
Mehmanxanalar göstərdikləri xidmət və nömrələrin avadanlıqlarına görə müxtəlif siniflərə bölünürlər. Sadə, baha olmayan mehmanxanalar Azərbaycanda tarixən karvansara adlanıb.
Mehmanxana sözü mehman (fars. qonaq) və xana (fars. ev) sözlərinin birləşməsindən əmələ gəlib.
Hotel sözü fransız hôtel sözündən götürülüb, o isə öz növbəsində hôte (sahib) sözündən törənib. Kecmişdə, zadəgan və ya imkanlı şəxslərin səyahət vaxtı qaldıqları adı səhər evlərini belə (fr.hôtel particulier) adlandırırdılar. İlk vaxtlar, Orta əsrlərdə hôtel və hospital sözləri eyni funksiya danışığından bu sözlərin mənşəyi eynidir. İlk hospitallar məktəb, yataqxana, mehmanxana, xəstəxana funksiyalarını daşıyıb. Hôtellər isə imkanlı zadəganların getdikləri şəhərlərdə qalmaq, şəxsi qonaqlarını qəbul etməkçün özlərinə tikdirdikləri xüsusi şəxsi yaşayış binalarına verilən ad idi. Bu gün artıq fransız sözü olan hotel bütün dünyada eyni məna daşıyır və ancaq mehmanxana deməkdir. Sirkumfleks ilə yazılan hôtel sözü isə ancaq köhnə, keçmiş mənada işlənən obyektlərin və bir də toponimlərin yazılışında qalıb (məs. Parisdəki Hôtel-Dieu kimi).
İlk mehmanxanalar lap qədim dövrlərdə mühüm ticarət yollarının üstündə, yolçuların istirahəti, gecələməsi üçün yaranmışdir. Həmçinin yolçular burada öz at, dəvə və digər heyvanlarına da istirahət verə bilər və ya onları dəyişə bilirdilər. Şərqdə belə mehmanxanalar əsasən karvan yollarının üstündə yerləşdiyi, karvanların dayanacaq yeri olduğu və onlara qulluq etdikləri üçün karvansara[1][2] adlandırılmışdırlar.
Karvansaralar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi.[3][4] Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansaraların şəhər variantları da tarixən İslam dünyasının bütün şəhərlərində yayılmış və çox vaxt xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırmışdır.[5]
Səyyahkar üçün qonaqpərvərlik ilk sivilizasiyalar üçün xarakterik idi. Yunan-Roma mədəniyyətində sağlamlığın bərpası və istirahət üçün termal vannalarda xəstəxanalar tikilirdi. Ginnesin Rekordlar Kitabı Yaponiyada 705-ci ildə tikilmiş Nishiyama Onsen Keiunkanı rəsmi şəkildə dünyanın ən qədim mehmanxanası kimi qəbul etmişdir. Orta əsrlərdə müxtəlif dini ordenlər monastırlarda səyyahlara gecələmək və istirahət üçün məkanlar təklif edirdilər. Orta əsr Avropasında müasir mehmanxananın sələfi inn adlanırdı. Yaranma tarixi Qədim Roma dövrlərində gedib çıxır. Onlar səyyahlara qalmaq üçün yer, yemək, atlar üçün tövlə və yem, poçt arabalarına təzə atlar təklif edirdilər. George və Tabard o zamankı məhşur London mehmanxanalarından (inn) idi. Ənənəvi olaraq bu cür inn'lər (mehmanxanalar) ön tərəfində hər iki tərəfində yataq otaqları, mətbəx və yemək otağı, arxa tərəfində isə tövlə olan həyətdən ibarət idilər.
XVII əsrdən başlayaraq 200 il ərzində inn'lər arabalar ilə səyahət edənlər üçün gecələmək yeri kimi fəaliyyət göstərirdi. Ənənəvi olaraq onlar bir-birindən təqribən 7 mil (~ 11 km) məsafədə yerləşdirdilər, lakin bu məsafə relyefdən aslı idi.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |