Mehranqarh (ing. Meherangarh) — Hindistanın Racastan əyalətinin şimal-qərb hissəsində yerləşən möhkəmləndirilmiş tikilidir.[2] Qala Mərvar adlı yüksək qayalıqların üstündə yerləşir və bu qayalıqlar 5 km uzunluğunda bir yol ilə yaxınlıqdakı Codhpur şəhərinə birləşir, eyni zamanda da bu qayalıqlardan həmin şəhəri müşahidə etmək mümkündür.[3]
UNESCO-nun Ümumdünya irsi obyekti | |
---|---|
Mehranqarh | |
![]() | |
Ölkə | |
Daxil edilməsi | (qeyri-məlum sessiya) |
1459-cu ildə Codhpur şəhərinin əsasını qoymuş olan raca Rao Codha eyni zamanda da, bu qalanın inşası haqqında əmr vermişdir.[4] Qalanın bəzi hissələrinin tikintisi maharaca Casvant Sinqhin (1638-1678) hakimiyyəti dövrünə təsadüf edir. 1943-cü ilə qədər Mehranqarh qalasında hakim Racput ailəsinin nümayəndələri yaşamışdırlar.[5]
Qalanın yerləşdiyi yayla üç hissədən ibarətdir: yaylanın şimal-qərb hissəsində saray, sarayın şərq hissəsində böyük terras və cənubunda möhkəmləndirilmiş hissə yerləşir.[6]
built about 1459 by Rao Jodha, a member of the Rathore branch of the Rajput clan and the 15th Rathore ruler of Marwar
Vikianbarda Mehranqarh ilə əlaqəli mediafayllar var. |