Mehriban Abdulla qızı Abdullayeva (d. 15 may 1963, Ləkit, Qax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Mehriban Abdullayeva | |
---|---|
Doğum tarixi | (61 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Ağakişi Kazımov |
Atası | Abdulla Abdullayev |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1989–indiyə kimi |
Mükafatları |
![]() ![]() |
15 may 1963-cü il Qax rayonunun Ləkit kəndində doğulub. 21 iyun 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. 1 sentyabr 1989-cu ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]