Melissa Mari Benoyst[7] (ing. Melissa Marie Benoist; 4 oktyabr 1988[1], Hyuston, Texas[4]) – ABŞ aktrisası və müğənnisi. O, daha çox «Xor» serialındakı Marli Rouz və «Supergörl» serialındakı Supergörl/Kara Zor-El rolları ilə tanınır.
Melissa Benoyst | |
---|---|
![]() | |
Doğum adı | Melissa Marie Benoist |
Doğum tarixi | 4 oktyabr 1988(1988-10-04)[1] (36 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Uşağı | 1[2][3] |
Fəaliyyəti | aktrisa, müğənni, rəqqasə, telerejissor, səsləndirmə aktrisası[d], televiziya prodüseri[d], film prodüseri |
Fəaliyyət illəri | 2008-ci ildən |
Təhsili |
|
Boyu | 1,73 m |
IMDb | ID2552034 |
![]() |
Melissa Mari Benoyst 4 oktyabr 1988-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Hyuston şəhərində anadan olmuşdur. Benoyst Kolorado ştatının Litlton şəhərində böyümüşdür. O, 2007-ci ildə Litltondakı bir orta məktəbdən məzun olmuşdur.
Bundan sonra Nyu-York şəhərinə köçən Benoyst 2011-ci ildə kollecdən məzun olur.[8] O, həmin dövrdə «Qanun və nizam: Xüsusi korpus», «Qanun və nizam: Cinayətkar niyyət», «Göy qanlar» və «Yaxşı arvad» teleseriallarında qonaq rolları canlandırır. «Showtime» telekanalında yayımlanan «Vətən» serialında az əhəmiyyətli bir rolu canlandırdıqdan sonra, 2012-ci ilin payızında «Fox» telekanalında yayımlanan «Xor» teleserialının dördüncü mövsümünün aktyor heyətinə qoşulur.[9][10] Teleserialın beşinci mövsümündə daha əhəmiyyətli rol alan Benoyst 2014-cü ilin əvvəllərində digər aktyorlarla birlikdə layihəni tərk edir.[11]
O, 2014-cü ildə çəkilmiş «Mübtədalıq» filmində rol almışdır. Benoyst daha sonra «20th Century Fox» tərəfindən istehsal edilmiş «Uzun yol» filmində baş qəhrəmanın sevgilisi rolunu canlandırmışdır.[12] O, 2015-ci ilin yanvar ayında «CBS» telekanalının «Supergörl» teleserialının kastinq mərhələsini uğurla keçir.[11][13][14] Benoyst bundan sonra «Universal Pictures» tərəfindən istehsal edilmiş «Lourayderlər» filmində rol almışdır.[15] O, 2015-ci ildən bəri «The CW» telekanalında yayımlanan «Supergörl» teleserialında baş rolu canlandırır.[16]
Melissa Mari Benoyst 2015-ci ildə «Xor» teleserialındakı həmkarı,[17] üç ildir tanıdığı Bleyk Cenner ilə evlənmiş, ancaq 2017-ci ildə ondan boşanmışdır.[18][19][20]
Benoyst 2017-ci ilin əvvəllərində «Supergörl» teleserialındakı həmkarı Kris Vud ilə münasibət qurmuşdur.[21][22] Onlar 10 fevral 2019-cu ildə nişanlanmış,[23] 1 sentyabr 2019-cu ildə isə evlənmişdir.[24]
Cütlük 4 mart 2020-ci ildə uşaq gözlədiklərini bildirmişdi.[25][26]
Vikianbarda Melissa Benoyst ilə əlaqəli mediafayllar var. |