. Love.az

Meqqi Beyrd - Wikipedia - Love.az

Ana Səhifə - Meqqi Beyrd

Meqqi Mey Beyrd[4] (29 mart 1959[3], Fruta[d], Kolorado) — amerikalı aktrisa, senarist və teatr müəllimi. Beyrd Kolorado ştatında musiqi ifa edərək böyümüş, Yuta Universitetində rəqs və teatr üzrə təhsil almışdır. Məzun olduqdan sonra Nyu-Yorka köçüb və burada Brodvey teatrında tamaşalar etmişdir. Onun televiziyadakı ilk rolu 1981-ci ildə yayımlanan "Another World" sabun operasında olmuş, film debütü isə 1989-cu ildə çəkilmiş "An Innocent Man" filmində olmuşdur.

Meqqi Beyrd
ing. Maggie Baird
Meqqi 2014-cü ildə
Meqqi 2014-cü ildə
Doğum adı Maggie May Baird[1][2]
Doğum tarixi 29 mart 1959(1959-03-29)[3] (66 yaş)
Doğum yeri
  • Fruta[d], Kolorado, ABŞ
Uşaqları
  • Finneas O'Konnell,
  • Billi Ayliş
Fəaliyyəti kino aktrisası, televiziya aktrisası, səsləndirmə aktrisası[d], müğənni-mahnı yazarı, teatr pedaqoqu[d], müğənni
Fəaliyyət illəri 1981-ci ildən
Təhsili
  • Yuta Universiteti
IMDb ID0047896
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Şəxsi həyatı
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Meqqi Beyrd 29 mart 1959-cu ildə Kolorado ştatının Fruta şəhərində anadan olub. Gənc yaşlarında piano və gitara çalmağı öyrənib.[5][6][7] 1977-ci ildə məktəbi bitirmiş, bunun ardınca təhsilinə davam etmək üçün Yuta Universitetinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Nyu-York şəhərinə köçərək Brodvey tamaşalarında çıxışlar etmişdir.[8][6] Meqqi 1991-ci ildə Los-Ancelesə köçüb, o, "L.A. Law", "Murphy Brown", "Walker, Texas Ranger" və "Picket Fences" daxil olmaqla müxtəlif film və seriallarda çəkilmişdir.

Şəxsi həyatı

redaktə
 
Meqqi 2018-ci ildə qızı Billi Ayliş ilə birlikdə

Meqqi Alyaskada çıxış edərkən tanış olduğu aktyor Patrik O'Konnell ilə 1995-ci ildə ailə həyatı qurub. Evliliyindən iki il sonra oğlu Finneas dünyaya gəlmişdir. Onun qızı Billi Ayliş 2001-ci ilin dekabrında Los-Ancelesin Highland Park bölgəsində anadan olub.[9][10] O, və həyat yoldaşı övladlarına evdə təhsil veriblər.

Filmoqrafiya

redaktə
  • Six Feet Under (2005) | Epizod: "A Coat of White Primer"
  • Sümüklər (2009) | Epizod: "Double Trouble in the Panhandle"
  • Buz dövrü: Mamont miladı (2011)
  • Billi Ayliş: Dünya bir az bulanıqdır (2021)

İstinadlar

redaktə
  1. ↑ Baird, Maggie May. "ASCAP Ace Search". American Society of Composers, Authors and Publishers (ASCAP). November 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2019.
  2. ↑ "Maggie May Baird (@maggiembaird) • Instagram photos and videos". maggiembaird [confirmed account] (ingilis). Instagram. May 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
  3. ↑ 1 2 Maggie Baird // GeneaStar.
  4. ↑ Hatcher, Kirsty. "billie eilish shares birthday tribute mom maggie baird". People. March 30, 2023. March 30, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 3, 2023.
  5. ↑ Mawdsley, Melinda. "Fruita grad's indy film garners acclaim". Grand Junction Daily Sentinel (ingilis). May 15, 2015. December 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2019.
  6. ↑ 1 2 Paeff, Colleen. "Meet Maggie Baird". How Many Homeschoolers Does it Take to Make a Movie?. June 22, 2012. December 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
  7. ↑ "Maggie Baird: Folk from Los Angeles, CA". ReverbNation (ingilis). December 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
  8. ↑ "Maggie Baird Theatre Credits, News, Bio and Photos". broadwayworld.com (ingilis). July 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
  9. ↑ Eells, Josh. "Billie Eilish and the Triumph of the Weird". Rolling Stone (ingilis). July 31, 2019. April 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
  10. ↑ Barlow, Eve. "The Highs and Lows of Being Billie Eilish". ELLE (ingilis). September 5, 2019. November 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Meqqi_Beyrd&oldid=7659047"
LOVE.AZ