Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. (iyul 2024) |
MiQ-1 (rus. МиГ-1) — İkinci dünya müharibəsi zamanı SSRİ tərəfindən istifadə olunan bir qırıcı.
MiQ-1 | |
---|---|
![]() | |
Tipi | Qırıcı |
İstehsalçı | MiG |
İlk uçuş | 5 aprel 1940 |
İstismara verilmə tarixi | 1940 |
İstimarının bitmə tarixi | 1944 |
İstismarçılar | |
Buraxılış sayı | 100 |
![]() |
İstifadəsi olduqca çətin olmasına baxmayaraq MiQ-3 üçün olduqca uğurlu bir baza modeli olmuşdur. Yüksək hündürlükdə uçarkən qazandığı uğurları ilə ad çıxarmışdır.
MiQ-1 Polikarpovdan ayrılıb MiQ OKB-ni quran Artyom Mikoyan və Mixail Qureviçin öz adları altında ərsəyə gətirdikləri birinci təyyarə və məşhur bir seriyanın başlanğıcıdır.
1938-ci ildə VVS-nin tələbilə dizayn üzərində işlərə start verilmiş, I-200 kodlu ilk prototipi uçuşunu 30.03.1940 tarixində reallaşdırmışdır. Yüksək hündürlükdə uçan qırıcı təyyarə olaraq 1941-ci ilin aprel ayından xidmətə qəbul edilmişdir.
SSRİ Hərbi Hava Qüvvələrinin aşağı və orta hündürlükdə uçan təyyarələrə olan güclü meyli səbəbilə və əsas üstünlüyünü Il-2 təyyarələrinə verməsi və mühərrik istehsalçısı olan Mixulin şirkətinin AM-35 mühərriklərinin istehsalını dayandırmasına görə qısa ömürlü olmuşdur.
MiQ-3 MiQ-1 ilə eyni aerodinamik quruluşa malikdir. Ən böyük fərqləri pilot oturacağının arxa hissəsində yerləşən zireh, daha artıq yanacaq daşımaq qabiliyyəti və qanadların altında 8 ədəd hava-yer tipli raket daşıya bilməsi qabiliyyəti idi. Ümumilikdə 3400 MiQ-1 və MiG-3 istehsal edilmişdir.